Qırmızı dənizdə israilli milyarderin gəmisi batırıldı - Gəmini kimin vurduğu hələlik bilinmir..
İsrail və HƏMAS arasında oktyabrın 7-dən başlayan müharibə davam edir. Böyük Qərb gücləri İsraili dəstəklədiyi halda, Yəməndəki husilər İsrailə müharibə elan edərək Fələstini dəstəklədiklərini bəyan ediblər. Husilərin hərbi sözçüsü Yəhya Sarea verdiyi açıqlamada İsrail şirkətlərinə məxsus bütün gəmiləri hədəf alacaqlarını açıqlayıb. O vaxtdan bəri Qırmızı dənizdə sular durulmur.
Husilərin Qırmızı dənizdə İsrailə aid olduğu iddia edilən "Galaxy Leader"i ələ keçirmə görüntülərini paylaşması onların nə qədər ciddi olduğunu göstərdi. Bu gün Qırmızı dənizdəki gəmi hücumlarına bir yenisi əlavə edilib. İsrailin "Yedioth Ahronoth" qəzeti israilli milyarder Rami Unqara məxsus "Unity Explorer" gəmisinin Qırmızı dənizdə batmaq üzrə olduğunu yazıb.
Gəminin qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalması diqqətləri yenidən husilərə yönəldib. Hələlik hücuma görə heç kim məsuliyyəti üzərinə götürməyib.
TAHİR