Qarabağ Universitetində turizm ixtisası tədris ediləcək
"Azərbaycanda daha bir ali təhsil müəssisəsində turizm ixtisası tədris ediləcək." Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə bildirib.
"Hazırda agentliyin tabeliyində 3 turizm təhsili ocağı - universitet, kollec və peşə məktəbi var. Yeni yaradılan Qarabağ Universitetində də turizm ixtisası tədris ediləcək", - deyə F.Nağıyev qeyd edib.
Hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insanın çalışdığını bildirən agentlik sədri turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat olduğunu bəyan edib.
Mətləb