NATO-dan Ukrayna ilə bağlı xəbərdarlıq - Pis xəbərlərə hazır olmalıyıq...
Dünyanın bütün diqqətini Qəzzadakı hadisələrə yönəltdiyi bir vaxtda, ABŞ və Avropanın uzun müddətdir Rusiyaya qarşı silah dəstəyi verdiyi Ukraynada mühüm hadisələr baş verir.
Associated Press-ə (AP) danışan Zelenski Rusiya ilə müharibənin qış aylarında “yeni dövrə” qədəm qoyacağını, bu vəziyyətin təkcə cəbhəyə deyil, mülki əhaliyə, hətta taxıl ixracına da təsir edəcəyini bildirib.
Zelenski Rusiya ordusuna qarşı payızın əvvəllərindən başlayan hücumun gözlənilən nəticəni vermədiyini, bunun əsas səbəbinin Ukraynanın müttəfiqlərindən ümduğu silahları ala bilməməsi olduğunu vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin Rusiya ordusundakı əsgərlərin sayını təxminən 170 min nəfər artıraraq, hərbi personalın ümumi sayını 2 milyon 209 minə çatdırıb.
Bu arada, Almaniyanın ARD kanalına müsahibə verən NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadan gələn pis xəbərlərə hazır olmağa çağırıb. Stoltenberq Ukraynadakı vəziyyətin gələcəkdə daha da pisləşəcəyindən qorxduğu barədə suala belə cavab verib: “Ukraynadan gələn pis xəbərlərə hazır olmalıyıq".
"Döyüşlər müəyyən mərhələlərlə davam edir. Amma biz Ukraynanı həm yaxşı, həm də pis gündə dəstəkləməliyik. Müharibələr mahiyyətcə gözlənilməzdir. Amma biz bilirik ki, Ukraynanı nə qədər çox dəstəkləsək, müharibə bir o qədər tez bitəcək” - Stoltenberq deyib.
Silah-sursat istehsalının artırılmasının vacib olduğunu deyən NATO baş katibi, alyans ölkələrinin artan tələbatı ödəyə bilməyəcəyini də dilə gətirib. Ukraynanın "kritik" vəziyyətdə olduğunu bildirən Stoltenberq Avropa müdafiəsində yaranan problemlərə də toxunub və deyib ki, tələb artdığı üçün silah-sursat qiymətlərinin artmasına imkan verilməməlidir.
TAHİR