Qusarda "Qazel" piyadanı vurub
![Image](/uploads/posts/2023-12/39d3d5d7-d723-3964-a8d0-fa65d3835ce7_850.webp)
Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "Qazel" markalı avtomobil piyada - 1960-cı il təvəllüdlü Həsənov Alim Həsənbala oğlunu vurub. Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mətləb