Makron Mərkəzi Asiyada da iflasa uğradı- Tokayev "Rafale" dən imtina etdi...
Fransanın Qafqazda olduğu kimi, Mərkəzi Asiya ölkələrində də başını hara gəldi soxmaq taktikası bu dəfə iflasa uğrayıb. Qazaxıstan Emmanuel Makron hökümətini üzən addım atıb. Belə ki, rəsmi Astana qırıcı təyyarələrin alınması məsələsində fransız “Rafale” əvəzinə Rusiya Su-30 təyyarələrinin lehinə seçim edib.
Amerika hərbi İzləmə jurnalının (MVM) yazdığına görə, Qazaxıstan Hava Hücumundan Müdafiə Baş Komandanının müavini və baş silah İdarəsinin rəisi Yerjan Nildibayev ölkəsinin Fransanın “Rafale” təyyarələrinin tədarükü ilə bağlı fransızların təklifinin əvəzinə, Rusiyanın Su-30SM qırıcılarını almağa üstünlük verdiklərini bəyan edib. Qazaxıstanlı general ölkəsinin Müdafiə Nazirliyinin 10 Su-2024sm almağı planlaşdırdığını, Su-30 modelinin Fransız təyyarələri ilə müqayisədə daha yaxşı keyfiyyət-qiymət nisbətinə sahib olduğunu elan edib.
Mətləb