Ermənipərəst Menendes də ABŞ Senatından qovula bilər - O... Misirin senatorudur...
ABŞ senatoru Con Fetterman hazırda rüşvətxorluq və sui-qəsd ittihamları ilə üzləşən senator Robert Menendesin senatdan getməsini istəyib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Senator Corc Santosun ABŞ Nümayəndələr Palatasından Səsvermə nəticəsində senatdan uzaqlaşdırılmasından sonra açıqlama verən Fetterman əslində Menendesin senatdan getməli olduğunu deyib.
"O Nyu Cersenin deyil, Misirin senatorudur", - Fetterman Menendes haqqında deyib.
Xatırladaq ki, ABŞ-nin Ədliyyə Nazirliyinin bir neçə ay öncə dərc olunmuş hesabatına görə, senator Robert Menendesin həyat yoldaşı Nadin Arslanyan Nyu-Cersidən olan qida məhsulları istehsalçısından mütəmadi olaraq bahalı hədiyyələr qəbul edib.
Aralarında müqavilə bağlamış misirli məmurlar və Nyu-Cersidən olan iş adamı Menendes tərəfindən onu ofisində 2019-cu ildə qəbul edilib. Bir il sonra iş adamı ABŞ-dən Misirə ixrac olunan halal ətə sertifikasiya verən yeganə şəxs olub.
Sentyabrın 22-də ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu R.Menendesə qarşı ittihamları irəli sürdüyünü açıqlayıb.
Qeyd edək ki, bir qədər əvvəl “The New York Times” qəzeti Bob Menendesin həyat yoldaşı Nadin Arslanyanın 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində piyadanı vuraraq öldürdüyünə, akin cinayət təqibindən yayındığına dair məlumat yayıb.