Bu axşam Avro-2024-ün final mərhələsinin püşkü atılacaq
Bu gün Avro-2024-ün final mərhələsinin püşkü atılacaq. Hamburqda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Püşkatmada 21 milli komanda rəqiblərini tanıyacaq. Son 3 vəsiqənin sahibi isə pley-off mərhələsinin oyunları ilə müəyyənləşəcək. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.
AÇ-2024
1-ci Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə
2-ci Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya
3-cü Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya
4-cü Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
Mətləb