Qəzzadakı savaş üçüncü ölkəyə sıçradı - İsrail Yəməni vurdu
İsrail və HƏMAS arasında əsir razılaşması çərçivəsində noyabrın 24-də qüvvəyə minən "humanitar fasilə" dünən səhər saatlarında başa çatıb.
“Humanitar fasilə” başa çatdıqdan sonra Qəzza zolağına hücumlarını bərpa edən İsrail ordusu bu dəfə başqa bir ölkəni də hədəfə alıb. İsrail döyüş təyyarələri ilə Yəmənin paytaxtı Sənada İranın dəstəklədiyi Husi milislərinə məxsus hərbi obyekti vurub.
Ərəb mətbuatı hücum zamanı yüksək rütbəli bir Husi komandirinin öldürüldüyünü iddia edib.
Səudiyyə mediası partlayışın hava hücumu nəticəsində baş verdiyini bildirsə də, yüksək rütbəli bir husi rəsmisi partlayışın köhnə sursatların partlaması nəticəsində baş verdiyini iddia edib.
TAHİR