Bakı sakini dəm qazından zəhərlənərək ölüb
Bakı şəhərinin Qaradağ rayonunda bir nəfər fərdi yaşayış evində dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Caniyev Fadim Amil oğlu Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
Mətləb