Baş nazir hökümətdən gedəcəyini açıqladı -“bunu kimsə etməlidir”
Yaponiyanın Baş naziri Fumio Kişida hökumət başçısı postunu tərk edəcəyini təsdiqləyib. Kyodo agentliyinin xəbərində deyilir ki,F. Kişida bu qərarını avqustun 14-də keçirdiyi təcili mətbuat konfransında açıqlayıb.
Bir sıra qalmaqallar, xüsusən LDP-yə siyasi ianələrin toplanması zamanı maliyyə hesabatı qaydalarının pozulması səbəbindən hökumətin reytinqi rekord həddə aşağı düşdüyü üçün Fumio Kişida seçkilərdə iştirak etməmək qərarına gəlib. O, həmkarlarına bildirib ki, qalmaqala görə məsuliyyəti öz üzərinə götürmək istəyir, çünki “bunu kimsə etməlidir”.
Mətləb Salahov