KÖHNƏ VERSİYA            

ABŞ-ın Qafqaz siyasəti Ermənistanı məhvə aparır...

Image

Qərb dünyasının, o cümlədən ABŞ-ın Cənubi Qafqazda proseslərin tənzimlənməsi, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin təmin olunması ilə bağlı ziddiyyətli mövqeyi bu gün özünü qabarıq formada büruzə verməkdədir. 

Belə vəziyyətdə hesab olunur ki, Ermənistan regionda daha böyük təhdid altına düşür. Bunu erməni ekspertlər də açıq etiraf edirlər.

Bu ölkədə ekspertlər hesab edir ki, Ermənistan rəhbərliyi fəal şəkildə anti-Rusiya demarşlarını Qərbə “satmağa” çalışır. Politoloq Alen Gevondyan vurğulayır ki, Birləşmiş Ştatlar Rusiyanın mövcudluğunun qarşısını almaq və xüsusən də Ermənistanın cənubundan keçən istənilən kommunikasiyaya nəzarət etmək üçün hər şeyi edəcək. O, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın son açıqlamalarını şərh edərkən deyib: “O'Brayn daha əvvəl demişdi ki, Mərkəzi Asiyadan Türkiyəyə ticarət yolları Azərbaycan və Ermənistandan keçə bilər və bu, regiondakı bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq. Eyni zamanda, buna qeyri-sülh yollarla nail olmaq üçün qərar qəbul edilərsə, ABŞ bu cür ticarət yolunun yaradılmasından qaçmaq üçün istənilən mümkün vasitələrdən istifadə etməli olacaq. İndi amerikalılar qorxurlar ki, Ermənistanla Azərbaycan arasında yeni hərbi əməliyyatlar baş verərsə, Rusiyanın müdaxiləsi ola bilər və bundan sonra 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin icrası yalnız zaman məsələsi olacaq. Amerikalıların uzunmüddətli strategiyası Ermənistanın və xüsusən də onun cənub rayonlarının tam “derusizasiyası”dır. Və bu, təkcə Ermənistana deyil, Cənubi Qafqazın digər iki ölkəsinə də aiddir. ABŞ-ın eyni strategiyası Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə xasdır. Bu ölkələrin müstəqillik qazandıqları ilk günlərdən amerikalılar fəal və ardıcıl olaraq Rusiyanı sıxışdırmağa çalışırlar”. Eyni zamanda ekspert Rusiyanın Amerikanın bu planlarına qarşı nə dərəcədə effektiv və tez mübarizə apara biləcəyini söyləməkdə çətinlik çəkir: “Ancaq Vaşinqtonun hərəkətlərinin o qədər də uğursuz olmadığı göz qabağındadır. Buna, əsasən Moskvanın passivliyi və Ukrayna istiqaməti ilə məşğul olması kömək edir. Nəticədə bəzi Qərb siyasətçiləri Rusiya Federasiyasının Ermənistandakı mövqeyini müəyyən dərəcədə sarsıda bildiklərini düşünürlər. Biz müəyyən əsəb oyununu müşahidə edirik, tərəflər aktiv şəkildə blef edir və sövdələşirlər. Yeri gəlmişkən, bu, KTMT-nin himayəsi altında keçirilən tədbirlərdə iştirak etməyən, müxtəlif demarşlara əl ataraq Qərbə “satılmağa” çalışan Ermənistan rəhbərliyinə daha çox xasdır. Amma heç kim real siyasət prinsiplərini ləğv etməyib və gec-tez güc amili üstün olacaq”. Gevondyan qeyd edib ki, Azərbaycan Amerika strategiyasının əsas halqalarından biridir: “Yeri gəlmişkən, Azərbaycan da Ukrayna kimi Vaşinqton strateqlərinin plan və ideyalarında həmişə ABŞ-ın strateji tərəfdaşı olub. Hətta Bjezinski öz konsepsiyasında Azərbaycan amilinə xüsusi diqqət yetirirdi ki, bu da daha çox onun enerji resursları ilə bağlıdır. Ona görə də mən Senatda və ya Konqresdə müəyyən bəyanatları, qətnamələri Amerika strategiyasına təsir etməyən adi epizodlar hesab edərdim”.

Gevondyan qeyd edib ki, hazırda Amerikanın Bakını tənqid etməsinə sonuncunun bir-birini tamamlayan siyasəti və Moskva ilə fəal təmasları səbəb olur. Amma bu əlaqələr Bakının maraqlarına uyğunlaşdıqca davam edəcək. Politoloq etiraf edir ki, Vaşinqtonun Bakını ictimai tənqidi həm də Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq məqsədi daşıyır: “ABŞ özü üçün Ermənistanın maraqlarının bir növ müdafiəçisi obrazı yaradır. Azərbaycan da öz növbəsində bundan Ermənistanı strateji müttəfiqi Rusiyanın gözündə nüfuzdan salmaq üçün istifadə edir”. Ekspert əmindir ki, Ermənistan hakimiyyətinin bu “pis dairədən” qurtulmaq və iki güc mərkəzi arasında toqquşma meydanına çevrilməkdən çıxmaq üçün nə bacarığı, nə də iradəsi var. Gevondyanın sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq arenada subyekt olmaqdan çıxıb və onların hərəkətləri sırf situasiya xarakteri daşıyır. ABŞ-a gəlincə, onlar müəyyən mərhələdə Ermənistandan yararlanacaq, sonra onunla nə edəcəyinə qərar verəcəklər. Bu fikri amerkalı politoloq Con Varoli də təsdiq edir. ABŞ Konqresində dinləmələrə toxunan amerikalı ekspert bildirib ki, Amerika Azərbaycanı sanksiya ilə hədələyir və bu onun ənənəvi üsuludur: “Amma Azərbaycanın regionda çəkisi fərqlidir. Azərbaycan Ermənistan deyil. Biz sadəcə Azərbaycanı əldə etmək üçün Ermənistanla oynayırıq. Azərbaycanda da bunu başa düşürlər. Bizim son məqsədimiz Azərbaycanı Rusiya ilə əməkdaşlıqdan çəkindirməkdir. Məqsəd Ermənistana kömək deyil, bunu qəti şəkildə bildirirəm. Bağışlayın, mənim erməni xalqına böyük hörmətim var, amma sizdə bizə lazım olanlar yoxdur. Amma Azərbaycanda bizim istədiyimiz çox şey var. ABŞ hər iki tərəflə oynamağı sevir. Biz indi həm Azərbaycan, həm də Ermənistanla siyasi oyun oynayırıq. Açığı, bu gün bizə regionda münaqişənin davam etməsi sərfəlidir. Çünki münaqişə uzandıqca öz şərtlərimizi diqtə edirik. Yaxın Şərqə baxın, İsrail-Fələstin münaqişəsi 70 ildir davam edir. Özünüz fikirləşin, bizim üçün bu məsələni 70 il ərzində həll etmək bu qədər çətindir? Yox, sadəcə münaqişənin həlli bizim maraqlarımıza uyğun deyil. Azərbaycan-Ermənistan münaqişəsində də eyni ssenari təkrar olunur”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031