KÖHNƏ VERSİYA            

Xəzər sürətlə quruyur - iqtisadiyyatımıza təhlükə var...

Image

“Xəzər dənizi Qazaxıstan sahillərində kəskin dayazlaşıb. Ekoloqlar hakimiyyəti təcili tədbirlər görməyə çağırır, əks halda Xəzər Aral dənizinin taleyini təkrarlayacaq”. Bu fikirlər Rusiyanın “Vestnik Kavkaza” nəşrində yer alıb.

Bildirilir ki, Xəzər dənizi dayazlaşmaqda davam edir, Qazaxıstanda ekoloqlar dayazlaşmanın kritik səviyyəsini qeyd edirlər: “Atırauda dənizdə suyun səviyyəsinin azalması ilə əlaqədar bəzi limanlar fəaliyyətsizn qala bilər, yerli balıqçı kəndləri təhlükə altındadır, üstəlik, küləklə havaya qalxan qurumuş lil sakinlərin sağlamlığı üçün təhlükə yaradır. Atırau bölgəsində durum pisləşir.  Ekoloqların hesablamalarına görə, 2040-cı ildə su çatışmazlığı 15 milyard kubmetr təşkil edəcək. Ural və Kıqaç çaylarının Xəzər dənizinə tökülən kanallarında dərinləşdirmə işləri aparılır, lakin quraqlıq və istiləşmə səbəbindən onlarda da suyun həcmi azalır, dəniz çox sürətlə çəkilir. Beş ildir ki, işlər davam etdirilir. Bu müddət ərzində dəniz sahildən uzaqlaşıb. Atırauda Xəzər dənizinin dayazlaşdırılması məsələsinə həsr olunmuş dəyirmi masa keçirilib. Problemin üzərində işləmək üçün Qazaxıstanın Su Təsərrüfatı Nazirliyinin nəzdində xüsusi elmi-tədqiqat institutunun yaradılması qərara alınıb, orada bioloqlar, ixtioloqlar, hidrogeoloqlar, ekoloqlar kimi mütəxəssislər çalışacaq. Bundan başqa, prezident hökumətə sudan istifadə ilə bağlı yoxlanılmış siyasət hazırlamağı tapşırıb”. Məhz belə bir vaxtda Dünya Bankının da dənizlə bağlı xoş olmayan xüsusi hesabatı açıqlanıb. Burada qeyd edilir ki, Xəzər dənizinin səviyyəsində azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, limanların istehsalat gücü təhlükə altına düşəcək, xüsusilə də bu, Aktau və Ələt limanlarına aiddir: “Son onilliklərdə bir çox ekspertlər Xəzər dənizinin səviyyəsinin dəyişməsini proqnozlaşdırmağa çalışsalar da, onların əksəriyyəti uğursuzluğa düçar olub”. Bildirilib ki, hazırda dəniz səviyyəsi xüsusilə aşağıdır ki, bu da limana yaxınlaşmalarda naviqasiya və yanalma körpülərində gəmilərin istismarı ilə bağlı problemlərin artmasına səbəb olur: “Xəzərdə bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir. Bu azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, bu, xüsusilə Aktau və Bakı-Ələt limanlarının aşırma imkanlarına xələl yetirəcək və onları risq altında qoyacaq”. Sənəddə qeyd olunur ki, bu kontekstdə Dünya Bankı 2023-cü ildə Xəzər dənizinin səviyyəsinin proqnozlaşdırılmasına yeni yanaşmanın, eləcə də təsirə məruz qalmış limanlar üçün yeni dərinləşdirmə strategiyalarının, eləcə də təsirlərin azaldılması tədbirlərinin təklif edilməsinə yönəlmiş bir sıra tədqiqatlara başlayıb. Dünya Bankının tədqiqatları çərçivəsində ilk nəticələr 2024-cü ilin ortalarında əldə olunacaq və 2025-ci ilin əvvəlində başa çatacaq. Dünya Bankı qeyd edir ki, bütün bunlar Xəzərlə daşıma səviyyələrinin ciddi şəkildə artacağının gözlənildiyi bir vaxtda baş verir. Belə ki, Orta Dəhlizin istismara verildiyi ssenaridə Xəzər dənizi vasitəsilə daşımaların həcminin 2030-cu ildə 11 milyon tona çatacağı gözlənilir. Bu isə 2021-ci ilə nisbətən 3 dəfə artım deməkdir. Xəzər dənizi vasitəsilə yük daşımalarının təxminən 4 milyon tonunun konteyner vasitəsilə aparılacağı proqnozlaşdırılıb. Konteynerlərin isə 1,5 dəfə artması gözlənilir. Qeyd edilib ki, təkmilləşdirmələr həyata keçirilməzsə, daşıma tələbatı proqnozlaşdırılan artımdan 35 faiz aşağı olacaq: “Gübrə kimi yüksək əlavə dəyərli əmtəələrdə daşımların təxminən iki dəfə artacağı gözlənilir. Dəhliz vasitəsilə daha çox daşınacaq mallara metal məmulatları, hazır qida məhsulları, maşınlar və kimyəvi maddələr daxildir. Hazırda Şimal marşrutundan istifadə edən səyahət vaxtına daha həssas olan mallar qismən Orta Dəhlizə keçəcək. Xammalın payı 60 faizdən 53 faizə endiriləcək. Neft və neft məhsulları, eləcə də qara və əlvan metallar Xəzər dənizi vasitəsilə daşımaların mühüm hissəsini təşkil etməkdə davam edəcək”. Lakin dənizin səviyyəsinin enməsi ciddi problemlərə yol aça bilər.

Hesablamalar göstərir ki, Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 sm, son 10 ildə isə 114 sm aşağı enib. Ekspertlər bildirir ki, Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti və dəniz səviyyəsinin aşağı düşmə dinamikası narahatlıq doğurur. Çünki dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur. Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir. Hesab edilir ki, 2050-ci ilə qədər Xəzərin səviyyəsinin enmə ehtimalı böyükdür. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev isə bu günlərdə belə bir açıqlama ilə çıxış edib ki, Xəzər dənizinin səviyyə tərəddüdlərinə Günəş aktivliyi və atmosfer sirkulyasiyası da təsir edir: “Bir təsnifat var və orada E, V, W və C prosesləri ayrılır. V və W prosesləri Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsidir. E və C isə meridianal proseslərdir. Xəzər dənizinin səviyyəsini tədqiq etmək üçün həmin təsnifatdan istifadə etdik. Məlum oldu ki, V proseslərinin artması, yəni Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsi Xəzər dənizinin səviyyəsinin artması ilə uyğunlaşır. Dənizin səviyyəsinin enməsi E proseslərinin - meridianal proseslərin artması ilə üst-üstə düşür. Nə qədər ki, meridianal proseslər davam edəcək, Xəzərin enməsi də davam edəcək. Proqnoza görə, 2050-ci ilə qədər E və C prosesləri üstünlük təşkil edəcək. O zamana qədər Xəzər dənizinin səviyyəsinin enməsi ehtimalı böyükdür. 2050-2052-ci ildən sonra V proseslərinin təkrarlanması ehtimalı var. Bundan sonra Xəzərin səviyyəsində qalxmaları müşahidə etmək olar. Bu onu göstərir ki, Xəzərin səviyyəsində tərəddüdlər Günəş aktivliyi və atmosfer sirkulyasiyası ilə də əlaqəlidir. Təbii ki, burada digər amilləri də nəzərə almaq lazımdır".

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031