KÖHNƏ VERSİYA            

ABŞ İran ətrafına böyük hərbi qüvvə cəmləşdirdi - Tehran hər an vurula bilər...

Image

İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandiri Əlirza Təngsiri xəbərdarlıq edib ki, ABŞ gəmiləri Fars körfəzində “ağıllı” hərəkət etməlidir, çünki onlar raket məsafəsi daxilindədirlər. 

Bundan başqa o qeyd edib: “ABŞ-ın Körfəzdə ağıllı davranması sağlam düşüncədir. Onların son illərdə Fars körfəzində görünmələri sırasında bir qarış belə sularımıza daxil olmaları ilə bağlı bir hal olmayıb. ABŞ Fars körfəzində olanda özləri də bilirlər ki, Hörmüz boğazı bizim əlimizdə olan bir “çanta”dır və onlar tamamilə bizim raket və silahlarımızın hədəfindədir. Gərək heç vaxt bizimlə vuruşmağa və ya duelə girməyə çalışmasınlar".

Tanqsirinin sözlərinə görə, İranda Amerika gəmilərinin bütün hərəkətləri ilə bağlı foto və video materiallar var. Qeyd edək ki, bu günlərdə ABŞ Mərkəzi Komandanlığı bildirib ki, “Duayt Eyzenhauer” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika zərbə qrupu Hörmüz boğazından keçərək Fars körfəzinin sularına daxil olub. Qrupa flaqman təyyarədaşıyan gəmi, idarə olunan raket kreyseri, esmineslər və doqquz təyyarə eskadrilya daxildir. Məlumata görə, Amerika gəmiləri ilə bir Fransız freqatı olan “Lanqedok” da bölgəyə gəlib. Bütün bunlar İrana bağlı qüvvələrin İraq və Suriyada ABŞ hərbi bazalarına qarşı hücumlarının artması fonunda baş verir. Məhz bu hal ABŞ-ın İrana zərbələr endirmə ehtimalını xeyli artırıb. Bunu NATO-nun baş katibi Yens Stoltenberqin açıqlamaları da təsdiq edir. Onun sözlərinə görə, İraqdakı və Suriyadakı ABŞ bazalarının vurulması və ticarət gəmilərinə hücumlar eskalasiya risqini göstərir. Stoltenberq qeyd edib ki, İran öz proksilərini nəzarətdə saxlamalıdır: “İran Yaxın Şərqdə İranyönlü qüvvələrin sabitliyi pozan hərəkətlərini dayandırmalıdır. Biz ABŞ-ın İraq və Suriyadakı mövqelərinə pilotsuz təyyarələr və raket zərbələri, eləcə də kommersiya gəmiçiliyinə hücumlar gördük. Bu, eskalasiya risqini artırır. İran öz etibarlı qüvvələrini cilovlamalıdır". Stoltenberq qeyd edib ki, iranpərəst qüvvələrin hərəkətləri NATO-nun Yaxın Şərqdə geniş mövcudluğu fonunda, o cümlədən alyansın İraqda öz imkanlarını artırmaq missiyasının bir hissəsi kimi həyata keçirilir. Bundan öncə ABŞ prezidenti Co Bayden də İran Yaxın Şərqdəki Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə onlara cavab veriləcəyini açıqlayıb. ABŞ lideri xəbərdarlıq edib ki, rəsmi Tehrandan ABŞ ordusuna qarşı reaksiya davam edərsə, Vaşinqton cavab verəcək. Bayden vurğulayıb ki, ABŞ ordusu Yaxın Şərq regionunda İsrail və Fələstin arasında gərginləşən münaqişəyə görə deyil, terrorçu qruplarla mübarizə üçün orada yerləşdirilib. İranın xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyx Ol-İslami isə vurğulayıb ki, ABŞ İrana və onunla əlaqəli infrastruktura hücum etməyə cəsarət etsə, cavab təsəvvüredilməz olacaq: “Bu, ABŞ-ın bizə qarşı ilk hədəsi deyil, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, əgər bu baş versə, səhvlərə yol versələr, İranın cavabı bütün təsəvvürlərdən kənar olacaq. İran 30 ildir fələstinlilərin hüquqlarını müdafiə edir və bundan sonra da müdafiə edəcək. Suriyalılar öz ölkələrini müdafiə edə bilərlər, lakin kömək istəsələr, İran onlara dəstək verəcək. Vəziyyət fəlakətlidir, biz bunu dayandırmalıyıq. Biz indi İraq və digərləri ilə birlikdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, artıq Fars Körfəzi və Oman dənizi sahillərində İran İnqilabı Keşikçiləri Korpusunun bütün yeraltı raket və pilotsuz bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu addım ABŞ-ın bölgədəki hərbi mövcudluğunun genişlənməsinə cavab sayılır. Baş verənləri İsrail də diqqətlə izləyir. İsrailin keçmiş xarici işlər naziri, müxalif “Yisrael Beytenu” Partiyasının sədri Aviqdor Liberman qeyd edir ki, İsrail hökuməti Livan və Yəməndə İranın dəstəklədiyi terror qruplaşmalarının təxribatlarına daha sərt cavab verməlidir. Sabiq nazir “Hizbullah” terror təşkilatının İsrailin şimal bölgəsini tez-tez hədəfə almasını qəbuledilməz adlandırıb. Liberman əlavə edib ki, İsrail “Hizbullah”ı sərhəd bölgəsindən geri çəkilməyə məcbur etməlidir: “İsrail dövləti yumruq torbası ola bilməz, “Husilər”lə əlaqədar baş verən hər şey dözülməzdir”. Keçmiş nazir vurğulayıb ki, İrana bağlı bu qüvvələrə qarşı ABŞ-ın da daha sərt addımlar atmasına ehtiyac var. Məhz bu fonda ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraq və Suriyada ABŞ hərbçilərinə qarşı hücumlar dayandırılmayacağı təqdirdə İrana bağlı qruplara yeni zərbələrin endirilməsi ehtimalını açıq saxlayıb. Bu durumda ABŞ ordusu Suriyada bir neçə həftə ərzində üçüncü hava hücumunu həyata keçirərək, Albu Kamal qəsəbəsi yaxınlığındakı təlim obyektini və Mayadin şəhəri yaxınlığındakı İrana bağlı sığınacaqları vurub. Ostin bildirib ki, Suriyanın şərqindəki son hava zərbələri İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qrupların istifadə etdiyi obyektləri hədəf alıb: “Bu zərbələr İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumlara görə bilavasitə məsuliyyət daşıyan bu qrupların fəaliyyət azadlığını sarsıtmaq üçün nəzərdə tutulub”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031