Prezident İldırım Vəliyevi şöbə müdiri təyin etdi
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, İldırım İmran oğlu Vəliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.