KÖHNƏ VERSİYA            

Vaşinqtonun Ankaraya F-16 şərti - Türkiyə ABŞ-ın ikiüzlülüyünü açdı...

Image

ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib. Bu barədə qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib. 

O qeyd edib ki, Vaşinqton bunu sözügedən dövrdə F-16-ların Türkiyəyə göndərilməsi üçün şərt olaraq irəli sürüb. Çelik bəyan edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələrin sülh razılaşmasına gətirib çıxarmasını istəyir.

Beləliklə, açıqlanan bu məlumat ABŞ-ın Azərbaycana, elə Türkiyəyə qarşı da qərəzli münasibətinin daha bir təzahürüdür. ABŞ-nin ölkəmizə qarşı aşkar qərəzi, absurd yanaşması ilk növbədə iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə vurmaqla yanaşı, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əvvəldən maneə yaradıb. Məlum həqiqətdir ki, torpaqlarımızın işğaldan azad olunması rəşadətli ordumuzun əsgər və zabitlərinin qanı bahasına başa gəlib. Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib və bunu ABŞ başda olmaqla bütün dünya bilir. Sadəcə, Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın qələbəsini daha inamlı və dönməz edib. Türkiyə bütün dünyaya sübut etdi ki, Azərbaycan tək deyil və onun arxasında böyük güc dayanıb. Müharibənin 44 günündə hər gün ölkəmizə xaricdən böyük təzyiq olub. Bu təzyiqlərin dəf edilməsi və qələbəyə inamla addımlağımızı təmin edən prezident İlham Əliyevin güclü siyasi iradəsi və Türkiyədən olam həmkarı Rəcəb Tayyip Ərdoğanın hər zaman Azərbaycanın yanında olaraq dünyaya sələndirdiyi mesajları olub. Düşmən Azərbaycanın rəşadətli ordusu qarşısında ram edilib.  Müharibə günlərində və ondan sonra atılan addımlar bir daha sübut etdi ki, bir millət iki dövlət olan Azərbaycanla Türkiyə dar gündə də, xoş gündə də çiyin-çiyinə dayanırlar. Müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə başlanan abadlıq-bərpa işlərində ilk iştirak edən məhz qardaş ölkənin şirkətləri oldu. Həmin şirkətlər bu gün də o ərazilərdə öz işlərini şərəflə yerinə yetirirlər. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan prezident İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu fonda prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Dövlət başçısının qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Bunu ABŞ bildiyi halda məsələyə fərqli rakurslardan yanaşmağa cəhd edir. Elə bu müstəvidə də bir sıra amerikalı konqresmen və dövlət rəsmiləri erməni diasporunun və lobbisinin əlində alətə çevriliblər. Xüsusilə Qarabağdakı separatçı rejim özünü buraxdığını elan etdikdən sonra ABŞ-ın onu müdafiə etməsi beynəlxalq hüquq normalarının açıq-aşkar tapdanmasıdır. Sözdə ərazi bütövlüyümüzü və suverenliyimizi tanıyan ABŞ ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı qeyri-dost addımlarını intensivləşdirməklə ikiüzlü siyasət yeritdiyini nümayiş etdirir. 

Görünən odur ki, ABŞ hətta öz müttəfiqləri ilə təzyiq dilində danışır, təhdid edir. Bu səbəbdəndir ki, ABŞ F-16, F-35 qırıcı təyyarələri ilə bağlı Türkiyəyə münasibətdə ikiüzlü siyasət yürüdür. Əslində, ABŞ bu xüsusda tamamilə məkrli siyasət yürüdür. Türkiyə ABŞ-dan heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınmasını istəyir. F-16-lar hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin əsas zərbə qüvvəsidir.  1987-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilən və Türk Təyyarə Sənayesi Anonim Şirkəti tərəfindən böyük ölçüdə istehsal olunmağa başlayan F-16-ların müxtəlif modelləri var. İlk modeli “Blok 1” olan bu döyüş təyyarələrinin ən son modelləri “Blok 70/72”lərdir. Türkiyənin aldığı ilk F-16-lar “Blok 30” modeli olub. Hazirda Türkiyə ordusunun inventarında, demək olar ki, hamısı lisenziya ilə Türkiyədə istehsal olunan 235-dən çox F-16 “Fighting Falcon” təyyarəsi var. Bunlar “Blok 30”, “Blok 40”, “Blok 50” və “Blok 50+” konfiqurasiyasındadırlar. Ölkənin ən müasir F-16-ları təxminən 10 ildir istifadə edilən “Blok 50+”, ən qədimi isə ortalama 30 yaşında olan “Blok 30”lardır. Türkiyə bu təyyarələrin modernləşmiş versiyasını istəsə də ABŞ indiyə kimi prosesə əngəl yaradır. Yeni versiya olan “Blok 70” və ya F-16V son zamanlarda ön plana çıxan ən yeni F-16 konfiqurasiyasıdır. Digər F-16 konfiqurasiyasındakı təyyarələr 4-cü, F-16V isə 4++ nəsil hesab edilir. 2015-ci ildə ilk uçuşunu həyata keçirən F-16V hazırda bir çox ölkə tərəfindən istifadə edilir. 

Təyyarələr həm aparat, həm də proqram təminatında F-35 və F-22 radarlarına bənzəyən APG-83 adlı radarı ilə təchiz edilib. Amma ABŞ bunun Türkiyəyə verilməsini əngəlləyir. Xatırladaq ki, Türkiyə ABŞ-la ortaq istehsal prosesinə qoşulduğu F-35 proqramından çıxarılandan sonra yeni F-16 döyüş təyyarələri almaq və mövcud olanları yeniləmək üçün ABŞ-a müraciət edib. Bundan əvvəl isə F-35-lər alınandan sonra Blok 30 F-16-ların 2035-ci ilə qədər mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulurdu. Çünki kifayət sayda yeni təyyarə alındıqda köhnə modellərin təkmilləşdirilməsi və istifadəsi baha başa gəlir. Ancaq Türkiyənin F-35 proqramından çıxarılması modernləşdirmə məsələsini bir daha önə çıxardı. Amma ABŞ bu prosesdə hələ də əngəl yaradır. Ankara hələ F-35 layihəsinə daxil olduğu 2010-cu ildə və 2020-ci illərdə F-35-lərlə inteqrasiyada işləyə biləcək 5-ci nəsil yerli döyüş təyyarəsi üzərində işləməyə başladığını açıqlamışdı. Ankaranın Rusiyadan NATO sistemlərinə uyğun gəlməyən uzunmənzilli hava hücumundan müdafiə raketləri olan S-400-lər almaq qərarı onun F-35 proqramından çıxarılmasıyla nəticələnəndən sonra Türkiyənin gələcəkdə 5-ci nəsil döyüş təyyarələrinə sahib olması üçün yerli istehsalın yaradılması əsas diqqət mərkəzindədir. Onda ABŞ kimi ölkələrə Türkiyənin də ehtiyacı olmayacaq. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031