"ABŞ Azərbaycan ilə Ermənistan arasında sülhü əldə etmək üçün real fürsət görür" - Dövlət Departamenti
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülhü əldə etmək üçün real fürsət görür. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen jurnalistlərə bildirib.
"Hesab edirəm ki, burada, artıq açıq şəkildə dediyim kimi, biz ABŞ Azərbaycan ilə Ermənistan arasında sülhü əldə etmək üçün real fürsət görürük. Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərin köməyi ilə əlaqə saxlaması bizi ruhlandırır. Və eyni zamanda, biz bütün regionun faydalanması üçün real fürsət görürük", - deyə o bildirib.
O'Brayen qeyd edib ki, əgər Mərkəzi Asiyadan mallar Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə çatdırıla bilsə, bu, bu ticarət marşrutu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olacaq.
"Və biz bu prosesin bir hissəsi olmaq imkanına şad olardıq", - deyə o əlavə edib.