ABŞ-ın Azərbaycana dəstəyi dayandırması üçün Türkiyəni şantaj etdiyi ortaya çıxdı - Ömər Çelikdən şok açıqlama...
ABŞ Türkiyədən Qarabağın azad edilməsi üçün Azərbaycana dəstəyi dayandırmasını istəyib. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransında deyib.
Türkiyəyə almaq istədiyi döyüş təyyarələri üçün Qarabağ məsələsində Azərbaycana dəstək verməmək, Suriyada terrorçulara qarşı əməliyyatları dayandırmaq kimi şərtlərin irəli sürüldüyünü bildirən Çelik deyib: “Bizə bunun F-35 və F-16-ların alınmasının qarşısında əngəl olduğunu deyirlər. Onlar məsələni ümumi təhlükəsizlik və ümumi gələcək perspektivindən daha çox şantaja çeviriblər. Biz bu şantajı qəbul etməyəcəyik.
İndi NATO müdafiə sistemində istifadə edilən Eurofighter təyyarələri ilə bağlı açıqlamalar var. İndi də bunu Qəzza məsələsi ilə əlaqələndirməyə çalışırlar. Bəhanələri də budir ki, Türkiyə Avropa Birliyinə namizəd ölkə olaraq onlarla İsraillə bağlı xarici siyasətdə eyni mövqedə deyil. Biz xarici siyasətdə sizinlə eyni mövqedə olmadığımız üçün fəxr edirik. Bunu önümüzə bir şantaj, qol güləşi kimi gətirməyin."
Çelik Türkiyənin təhlükəsizlik məsələsinin müzakirə və suverenlik məsələsinin şantaj mövzusu olmadığını bildirib.
Tahir TAĞIYEV