KÖHNƏ VERSİYA            

Rusiya Ermənistanda "Ukrayna ssenarisini" özü işə salır?..

Image

Rusiya-Ermənistan münasibətlərində artan gərgnliyin ikincinin Ukrayna ssenarisi ilə üzləşməsinə gətirib çıxaracağına dair edilən xəbərdarlıqlar artır. Bunlar fonunda Nikol Paşinyan iqtidarının ünvanına tənqidlər də getdikcə kəskinləşir. 

Hesab olunur ki, bütün bunlara səbəb məhz Paşinyan iqtidarının Qərbdən gələn təlimatları icra edib, tamamilə yanlış syasət yürütməsidir. Məsələnin bu tərəfinə nəzər salan erməni əsilli rusiyalı mediamenecer və təbliğatçı Aram Qabrelyanov Nikol Paşinyanı əsl axmaq adlandırıb. Qabrelyanov bu barədə özünün Teleqram kanalında yazır: “Axmaq siyasətçilərin çox təhlükəli tendensiyası var. Axmaq Paşinyan da bu dəstəyə aiddir. Və təhlükə rusların sülhsevərliyini və münaqişələrdən qaçmaq cəhdlərini zəiflik kimi qəbul etməkdir. Əsrlər boyu ruslar sübut etdilər ki, ayını qıcıqlandırmaq olmaz. Amma yox, axmaq Nikol da bu yolu tutdu. Hakimiyyət reallıq hissini itirəndə vay o adamların halına”.

Elə rus politoloqlar da demək olar ki, eyni mövqeni sərgiləyirlər. Rusiyalı politoloq Arkadi Dubnov Ermənistanın “Qraparak” nəşrinə bildirir ki, Ermənistanın da Ukraynanın taleyini yaşaya biləcəyi ehtimalı sürətlə artır: “Paşinyan tərəfindən “Ukrayna və Gürcüstan təcrübəsi (MDB-dən çıxma) təkrarlanır, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Çox güman ki, bu, əvvəlcə MDB sazişini imzalayan, sonra iştirakını donduran, sonra isə faktiki olaraq tərk edən Ukrayna ilə eyni olacaq”. O bildirir ki, Moskvada belə hallarda “2022-ci il fevralın 24-də qəbul edilən qərara meyl edildiyini” mütləq nəzərə almaq lazımdır. Xatırladaq ki, 2022-ci il 24 fevralında Rusiya ordusu Ukraynaya hücum edib.  Rusiya Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Moskva Dövlət İnstitutunun professoru Aleksey Podberyozkin “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın KTMT sammitində iştirakdan imtina etməsi ölkənin təşkilatdan çıxması ilə bağlı xəbərdarlıqdır. Podberyozkin qeyd edib ki, hər şey Ermənistanın KTMT-dən tezliklə çıxmasına işarə edir: “Ukrayna və Gürcüstan təcrübəsi təkrarlanır, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Çox güman ki, bu, əvvəlcə MDB sazişini imzalayan, sonra iştirakını donduran, sonra isə faktiki olaraq qurumu tərk edən Ukrayna ilə eyni olacaq”. Politoloqun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, o, KTMT-dən mütləq çıxacaq. Xatırladaq ki, bundan əvvəl KTMT tədbirlərində Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak etməyib. Alen Simonyan isə dekabrda keçiriləcək KTMT toplantısında iştirak etməyəcəyini açıqlayıb. Bunlar birbaşa Rusiyaya qarşı demarş hesab olunur. Elə erməni ekspert Tiqran Köçəryan da məsələyə eyni prizmadan nəzər salır: “Nikol Paşinyan Ermənistanın üzərinə “krest” çəkir”. Onun sözlərinə görə, Paşinyan Ermənistanı KTMT-dən çıxararaq və onu başqa hər hansı bir təhlükəsizlik sisteminin bir hissəsinə çevirməyərək, ölkəni çılpaq vəziyyətdə qoyur: “Heydər Əliyev və oğlunun arzusunda olduqlarını Paşinyan həyata keçirir. İlham Əliyevə hələ azərbaycanlıları Ermənistana qaytarmaq lazımdır, o, hələ Ermənistanın iqtisadi kəsişməsini iqtisadi dalana çevirməlidir və bu məsələdə Paşinyan onun tərəfdarıdır, İlham Əliyev niyə nəyəsə imza atmalıdır? Niyə insanlar Rusiyanın Ermənistana zərbə endirməyəcəyini düşünürlər? Endirəcək. Əgər bizdə milli müdafiə instinkti varsa, rusun çox pis düşmən olduğunu başa düşməliyik və bu templə getsək, təkcə Qarabağın itirilməsi ilə kifayətlənməyəcəyik”.

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan da rəsmi İrəvanın son addımlarına, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərində iştirakdan imtina etməsinə münasibət bildirərkən maraqlı fikirlər səsləndirib. O bildirir ki, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri durmadan gərginləşdirir, onu dönüşü olmayan həddə çatdırır. Onun fikrincə, əsas problem iki ölkə arasında fikir ayrılığının olması deyil: “ “Müəyyən məsələlərə yanaşmada həmişə fərqliliklər ola bilər və bu təbiidir. Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti münasibətləri hər cür gərginləşdirir, münaqişəyə gətirib çıxarır və onu o həddə çatdırmağa çalışır ki, bundan sonra normal vəziyyətə düşmək mümkün olmasın”. O qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinin fundamental səbəbi 2018-ci ildə hakimiyyət dəyişikliyi və Paşinyanın qəbul etdiyi və dəhşətli nəticələrə gətirib çıxaran siyasətidir. Abramyan əmindir ki, münasibətlərin bərpası üçün potensial tükənməyib, lakin bu, nə istəyi, nə də iradəsi olan indiki Ermənistan hakimiyyəti dövründə baş verə bilməz: “Üstəlik, ideoloji baxımdan Ermənistan hakimiyyəti tamam başqa istiqamətdədir”. Rusiyalı politoloq, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov  hesab edir ki, Qərbin təsiri ilə Ermənistan Kremllə açıq qarşıdurmaya gedir: “Paris Nikol Paşinyanın satqınlığından istifadə edərək, faktiki olaraq Ermənistanı özünün yeni müstəmləkəsinə çevirib. Keçmiş SSRİ məkanında bir çox müstəqil dövlətlərin aldadılaraq cəlb olunduğu “Şərq tərəfdaşlığı” layihəsinin açıqlanmayan hədəflərindən biri də bundan ibarət olub: Avropa İttifaqı onları öz sıralarına qəbul etməyi planlaşdırmır, amma bu dövlətləri siyasi cəhətdən asılı və iqtisadi baxımdan donor ölkələrə çevirmək istəyirdi. Bu təkcə Avropa elitasına xas olan metodlar deyil, ABŞ özü çoxdandır ki, bütün dünyaya münasibətdə onlardan istifadə edir. Azərbaycan rəhbərliyi qarşılıqlı fəaliyyətin bu cür formatını qeyri-mümkün hesab edir. Təkcə bütünlükdə Avropa İttifaqı ilə deyil, həm də onun ayrı-ayrı üzvləri ilə. Hətta ABŞ ilə də belədir. Bakı ya Rusiya, Türkiyə, Çin və ya İranla olduğu kimi bərabərhüquqlu tərəfdaşlıq təklif edir, ya da Avropa İttifaqı ilə onun Azərbaycana münasibətdə neokolonializm siyasətinin keçməyəcəyini anlayanadək minimal qarşılıqlı fəaliyyəti üstün tutur. Ermənistan iqtisadi cəhətdən bütün region ölkələri arasında daha az cəlbedicidir. Azərbaycan isə, əksinə, acgöz avropalı və xüsusən fransız burjuaziyasını tamah saldığı ən ləzzətli “piroq parçasıdır”. Amma onun dadına baxmaq onlara qismət olmayacaq. Əgər İrəvanda olan əlaltılarının əli ilə Bakıya qarşı yeni hərbi münaqişəyə başlamağa cəhd edərlərsə, başlarını tutaraq qaçacaqlar”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031