KÖHNƏ VERSİYA            

Fransa erməni əsgərlərini Rusiya ilə savaşa hazırlayır...

Image

Azərbaycan və Ermənistan arasında müxtəlif formatlar çərçivəsində aparılan danışıqlarda sülhün əldə edilməsi istiqamətində fəaliyyət həyata keçirildiyi bir vaxtda Fransanın müxtəlif vasitələrlə münaqişəni yenidən bərpa etmək cəhdləri özünü daha qabarıq büruzə verir. 

Rəsmi Parisin Ermənistanı müasir silahlarla təmin etməsi, İrəvanda birgə hərbi təlimlər keçirməsi sülh prosesinə ciddi zərbə vurur və regionda gərginliyi daha da artırır. Artıq sirr deyil ki, Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri yeni münaqişə ocaqlarının yaranmasına yönəldilib. 

Bunlar fonunda Parisin daha bir təhlükəli addımı öz hərbi təlimçilərini Ermənistanda yerləşdirməklə burada erməni hərbçilərinin Rusiyaya qarşı hazırlanmasına nail olmaqdır. Məlumatlara görə, hazırlanan erməni hərbçilər  yüksək ödəniş qarşılığında Ukraynada Rusiya ordusuna qarşı vuruşmağa razılaşdırılıb. Elə rusiyalı hərbi bloger Anastasiya Kaşevarova bu fonda maraqlı məlumatlar yayıb. O qeyd edir ki, Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır. Həmin kanal tərəfindən yayılan məlumata görə, “Fontevrault L'Abbedəki” təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur: “Belə təlim mərkəzlərinin sayı çoxdur, təxminən yeddiyə yaxındır”. Anastasiya Kaşevarova tərəfindən isə bəzi təlim mərkəzlərindən foto və video sübutun da olduğu iddia olunur: “Xüsusilə Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzində erməni hərbçilər hazırlanır. Fransız təlimatçılar, o cümlədən etnik erməni əsgərlər işə cəlb olunublar. Onlar arasında könüllülər də var, əsasən də “artsax”dan gələn gənclər bura cəlb olunurlar. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir, bu baxımdan məcburi göndərilən hərbçilər də var. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onlar xüsusi hərbi əməliyyat zonasına göndəriləcəklər. Qəribə bir təsadüf nəticəsində oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın olur ki, orada hansı “təcrübə mübadiləsi” müzakirə olunub”. Qeyd edək ki, “Zerqulio” Teleqram kanalı da mənbələrinə istinadən Ermənistan hərbçilərinin Fransada Rusiyaya qarşı hərbi təlim keçdiklərini bildirir. Beləliklə, Ermənistan Fransanın dəstəyi ilə açıq şəkildə Rusiya ilə düşmənçilik siyasəti aparır. Prosesdə Fransa xüsusilə maraqlıdır. Rus kəşfiyyatından sızdırılmış məlumatlara görə, Fransanın bir neçə təlim mərkəzi hazırda erməni hərbçiləri qəbul edib. Fransanın Kaetkidan təlim mərkəzində min nəfər, Kaylyu təlim mərkəzində isə təxminən iki min nəfər erməni hərbçinin döyüş hazırlığı keçməkdə olduğu iddia edilir. Ermənistanın ABŞ ilə hərbi təlimlər keçirməsi, KTMT təlimlərindən imtina etməsi və ardınca Fransa ilə birgə hərbi əməkdaşlığı artırması ondan xəbər verir ki, İrəvan Rusiyanın mənsub olduğu hərbi blokda təmsil olunmaq istəmir.

Bunlar fonunda Ermənistan hökumətinin Rusiya hərbi bazasını ölkədən çıxarmağı və onu Fransa hərbi bazasıyla əvəz etməyi planlaşdırdığı iddia edilir. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay da “news24”ə bildirir ki, NATO üzvü olan Fransanın Ermənistanda hərbi bazasının olması yeni qarşıdurmaya xidmət edə bilər: “Fransa Ermənistana silah yardımı edir. Baş nazir Nikol Paşinyan artıq Rusiya hərbi birləşmələrinin ölkəsində qalmasını istəmir. Rusiyanın Ermənistanı tərk etməsi ilə Fransa hərbi gücləri Ermənistana yerləşəcək? Paris İrəvana hücum raketləri verməklə nəyi hədəfləyir? Əgər Rusiya Ermənistanın Fransa üzərindən Qərbə açılmasına göz yumarsa və rus əsgərləri Ermənistandan çıxarsa, o zaman Fransa ikili sazişlər əsasında buraya qoşun yerləşdirə bilər ki, bunun da məqsədi açıqlanmalıdır: Fransanın Ermənistana verdiyi silahlar Rusiyaya qarşı istifadə ediləcək, yoxsa Ermənistanın Qərb arzularının reallaşmasına mane olmaq üçün planlanan çevrilişin qarşısını almaq üçündür? Həm Azərbaycan, həm də Türkiyə bu məsələni ciddi müzakirə etməlidir. Gələcəklə bağlı ehtimallar nəzərə alınmasa, Cənubi Qafqaz böyük bir təhlükə ilə qarşı-qarşıya qala bilər”. Erməni politoloq Artur Xaçikyan isə bildirir ki, Kreml baş verənlərə dözməyəcək: “Biz onsuz da KTMT daxilində arxamızdan qərarların verilməsinə icazə veririk, Ankara və Bakı bundan fəal istifadə edəcək”. Onun sözlərinə görə, Ermənistan KTMT-dən çıxmır, lakin təşkilatı gözdən salmaq üçün hər şey edilir və burada Fransanın da müdaxiləsi var: “Heç kim Qərb tərəfdaşlarından soruşmur ki, bunun müqabilində bizə nə təklif edirlər. Onlar bizim təhlükəsizliyimizi təmin etməyə hazırdırlarmı? Onlar öz qoşunlarını bura yerləşdirməyə hazırdırlarmı? Bu necə həyata keçiriləcək? Fransanın müdafiə naziri birbaşa bəyan edib ki, ölkəsi Ermənistana “hücum olacağı” təqdirdə müdaxiləyə hazır deyil. Heç kim sanksiyalar tətbiq etmir. 100 il əvvəl olduğu kimi Qərb bizi gözəl sözlərlə Rusiyadan qoparmağa çalışır, amma əvəzində heç nə təklif etmir”. Xaçikyan bildirib ki, ABŞ nümayişkaranə şəkildə ritorika səviyyəsində Azərbaycana qarşıdır, lakin məsələlər telefon danışıqları ilə həll olunmur, konkret təminat lazımdır: “Biz daim şayiələr eşidirik ki, bizi ya Qərb, ya da Rusiya xilas edəcək. Bütün bunlar faciəyə gətirib çıxardı”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031