KÖHNƏ VERSİYA            

"Mayası qərəzdən, xəyanətdən yoğrulan Əli Kərimovun avtoritar idarəçiliyi AXCP-nin sonunu yaxınlaşdırır" - Vüqar Rəhimzadə

Image

Son günlərdə despot sədrin partiyanın daxilində yaratdığı demokratiyadan uzaq şəraitə, intriqalara qarşı etiraz dalğasının genişlənməsi bunu bir daha sübut edir

Azərbaycanın tarixi Zəfəri ilə son 3 ildə yaratdığı reallıqların beynəlxalq arenada qəbul edilməsi  istiqamətində atılan mühüm addımlar artıq uğurlu nəticələrini verməkdədir. Ermənistanın 30 il davam edən işğalından qurtulan torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyası günbəgün genişlənir, soydaşlarımızın azad Qarabağa və Şərqi Zəngəzura qayıdış ünvanlarının sıralanması artır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev atdığı müdrik addımlarla bəyan etdiyi “Nəyi, necə və nə vaxt etmək lazımdır mən bilirəm” prinsipini bir daha təsdiqləyir və sivil dünyaya sözün əsl mənasında tarix, hüquq dərsini keçir.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra düşünürdük ki, işğalçı Ermənistan aldığı dərsdən nəticə çıxarıb torpaqlarımızdan silahlı birləşmələrini tam şəkildə çıxaracaq. Amma hadisələrin gedişi  bunun əksini  göstərdi. Məkrli düşmən darmadağın edilmiş ordusunun tör-töküntüsünü nəinki Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisindən çıxarmadı, əksinə hər fürsətdə onu silahlandırmaq yolunu tutdu. Nəticədə Azərbaycan Ordusunun bu il  sentyabrın 19-da başladığı bir günlük lokal antiterror tədbirləri artıq rəsmi Bakının yağı düşmənin gündən-günə genişlənən təxribatlarına dözüm limitinin  tükəndiyini təsdiqlədi. Üç ilə yaxın müddətdə Ermənistanın qeyd edilən istiqamətdə heç bir addım atmaması, əksinə təxribatlar törədərək  sülh müqaviləsinin imzlanması prosesinin uzanmasına çalışması diqqətdən kənarda qalmadı.

Bunları təkrarən yada salmağımız səbəbsiz deyil. Məsələ burasındadır ki, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə  siyasi partiyaların  Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin siyasətinə dəstəklərini özündə ehtiva edən bəyanatlarına diqqət yetirsək daim bu prosesdən kənarda qalan, hər zaman dövlətə, dövlətçiliyə və millətə  qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP-ni, eyni zamanda, yarandığı gündən anti-Azərbaycan qüvvələrin layihəsi olduğunu atdığı addımları ilə təsdiqləyən qondarma “Milli Şura”da təmsil olunan şəxslərin antimilli, xəyanətkar əməllərini  görmüş olarıq. Mayası qərəzdən, xəyanətdən, qul psixologiyasından yoğrulan bir partiyanın, yəni AXCP-nin  ölkənin qazandığı uğurlara sevinməsinın heç bir zaman şahidi olmadıq. Ən əsası bu gün AXCP-də mövcud olan avtoritar idarəcilik üsuluna diqqət yetirdikdə 20 ildən çoxdur ki, bu siyasi qurumun başında duran və artıq marginallaşmış sədr Əli Kərimov şəxsi ambisiyaları naminə rəhbərlik etdiyi partiyanın maraqlarını belə tapdalayıb keçmək üçün  hər cür alçaq vasitələrə əl atmaqdan çəkinmədyi açıq-aşkar nəzərə çarpır. Təbii ki, əqidəsini,  vicdanını xarici anti-Azərbaycan dairələrdən aldıqları qrantlara satan bu ünsürlərdən ölkənin xeyrinə hansısa addım atacaqlarını gözləmək belə sadəlövhlük olar. Hazırda AXCP-nin daxilində baş verən qarşıdurmalar, yaranan yarpaq tökümü özündə bununla bağlı bütün məqamları ehtiva edir.

 Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Əli Kərimov hər zaman gəncləri  Vətənə xəyanət ruhunda tərbiyə etmək yolunu tutduğu, ölkənin uğurlarına qara eynəkdən baxdığı  üçün həm partiya, həm də müxalif düşərgənin daxilində qınaqla üz-üzə olub. Hazırkı dövrün reallıqlarına nəzər salsaq bunu bir daha görə bilərik . Məlum olduğu kimi, 30 illik işğal dövründə Ermənistana dəstək funksiyasını yerinə yetirərək münaqişənin   həlli prosesinin uzanmasına, işğalçı ölkədə bu torpaqların onlara məxsusluğu barədə ümid yaradan  bəzi dünya gücləri  son vaxtlar ölkəmizə qarşı qərəzli təbliğatlarının əhatə dairəsini gündən-günə genişləndirirlər. Bu gün ABŞ-ın, Fransanın Ermənistana dəstəyindən daha da ruhlanan AXCP sədri Əli Kərimov, qondarma “Milli Şura”nın marionet rəhbəri Cəmil Həsənli, eyni zamanda, dağıdıcı müxalifət düşərgəsinin öndə gedənləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı kimi milli satqınlar  xarici himayədarlarından aldıqları qrantların qarşılığında onlara dəstəkləri sayəsində ictimai qınaqla üz-üzə qalıblar. Bu ünsürlər belə ikrah doğuran əməlləri, Azərbaycanın milli maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ilə  özlərinə qarşı nifrəti birə on qat artırırlar. Bu üzdəniraqlar torpaqlarımızın işgalının səbəbkarları olduqlarını unutmaqla bir daha nə dərəcədə simasız, vicdansız olduqlarını nümayiş etdirirlər. Azərbaycanda hər kəs vaxtilə torpaqlarımızı kimlərin satdıqlarını, üç il bundan  əvvəl Qarabağı və Şərqi Zəngəzuru kimin azad etdiyini  çox yaxşı bilir. Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində ermənilərlə işbirliyinə gedib Qarabağı  onlara satan əli kərimovlardan bu gün təbii ki, Vətən, xalq naminə hansısa bir əməli  fəaliyyət gözləmək mümkün deyil. Onlar yalnız xəyanət və satmaq sahəsində peşəkardırlar. Bu gün Əli Kərimovun başı  xarici ağalarına  dəstək verməyə və onun qarşılığında aldığı qrantlara  qarışdığından həmişə olduğu kimi, rəhbərlik etdiyi partiyanın daxilində baş verənlərin fərqində deyil.

 YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb  ki, AXCP-də baş verən yarpaq tökümünün növbəti  iştirakçıları  partiyanın Ali Məclisinin və  Təşkilat şöbəsinin  üzvü Seymur Əhmədzadə, həmçinin partiyanın üzvü Pərvin Hüseynlidir. Onlar istefalarının səbəbi kimi Əli Kərimovun avtoritar idarəçiliyini göstərirlər. O da vurğulanır ki, sonuncu “qurultay” şousunun nəticələrinə etiraz edən  şəxslər partiya sıralarını davamlı şəkildə  tərk etməyə başlayıblar. Partiya daxilindən sızdırılan və sosial şəbəkələrdə  yayılan məlumatlara əsasən proses davamlı  xarakter daşıyacaq.  Bu isə “Siyasi partiyalar haqqında” yeni Qanuna əsasən siyasi   partiyaların reyestrindən  keçmək üçün  Əli Kərimovun verdiyi siyahıdakı  5004 nəfərin azalaraq 5 mindən aşağı düşəcəyi barədə əsaslı fikirlərin səsləndirilməsini şərtləndirir. Göründüyü kimi, AXCP-nin siyasi meydandan uzaqlaşmaqda olan yolu daha da yaxınlaşır. Partiya funksionerləri də açıqlamalarında AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyə qarşı Əli Kərimovun xəyanətlərindən, şəxsi ambisiyaları naminə ikili oyunlarından geniş bəhs edirlər. Təbii ki, bir vaxtlar sədrinə xəyanət yolu tutub o zaman Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərlə birgə AXCP-nin parçalanmasına, müxtəlif adlarda fəaliyyət göstərməsinə səbəb olan Əli Kərimovdan istənilən addımı gözləmək olar.

 Vüqar Rəhimzadə qeyd edib ki, partiyadan istefa verənlərin Əli Kərimovun tapşırığı əsasında sosial şəbəkələrdə təhqir olunması onun cılızlığının təqdimatıdır. Vaxtilə bu partiyada təmsil olunan şəxslərin ardıcıl şəkildə  istefa vermələri Əli Kərimovun yaratdığı dözülməz mühitin göstəricisidir. Əli Kərimovun AXCP-də yaratdığı diktatura rejiminə əsaslanan idarəetmə üsulu partiya üzvləri tərəfindən  ifşa edilir. Ə.Kərimovun bu istefalara yol açan addımlarından biri də xarici ağalarından aldığı qrantlara tək sahib olmaq istəyidir. İstefa verənlərin açıqlamalarında bu məqamlar da xüsusi yer alır ki, AXCP sədri partiya üzvlərindən dövlətə qarşı yalan, şər-böhtan kampaniyası aparmağı tələb edir. Buna riayət etməyənlər isə təzyiqlə üzləşir və sonda  partiyadan istefa verirlər. İllərdir AXCP  daxilində yaratdığı demokratiyadan uzaq şəraitə qarşı etiraz dalğasının genişlənməsinə baxmayaraq Əli Kərimovun bundan nəticə çıxarmaq əvəzinə partiyanı tərk edənlərin ünvanına şər-böhtan  yağdırması, yaşananlarda onları günahlandırması artıq bu şəxsləri keçmiş sədrləri haqqında etik qaydalara sığmayan hansısa bir ifadəni səsləndirməyə vadar edir.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031