Kremldən birtərəfli mövqe tutan ölkələrin Azərbaycan və Ermənistan arasında vasitəçilik iddialarına reaksiya - maskalar çoxdan çıxarılıb...
Bir sıra ölkələr əvvəlki kimi, Qarabağ ətrafındakı vəziyyəti destabilizasiya etməyə çalışırlar və Rusiya Moskvanı bölgədən sıxışdırıb çıxarmaq cəhdləri barədə məlumatlıdır, lakin Rusiyadan başqa heç kəs orada sülh və sabitliyin qarantı rolunu oynaya bilməz. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Peskov “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” prorqamına müsahiəsində qeyd edib ki, hələ üç-beş il əvvəl Rusiya sülhməramlılarını bölgədən çıxarmaq, Rusiya ilə Ermənistanın əlaqələrini zəiflətmək cəhdləri «diplomatik maskalarla geyinilmiş» halda baş verirdi.
«İndi bu maskalar çoxdan çıxarılıb və mübarizə birbaşa, açıq zərbə ilə aparılır», - o qeyd edib.
Peskovun sözlərinə görə, «həqiqətən, bir sıra ölkələr Qarabağ ətrafındakı vəziyyəti destabilizasiya etməyə çalışırlar, bu da, yeri gəlmişkən, Azərbaycan tərəfi rəsmi olaraq bu sıra ölkələrin birtərəfli mövqe tutduqlarına görə artıq hansısa vasitəçilik roluna iddia edə bilməyəcəklərini bəyan edib».
O qeyd edib ki, birtərəfli mövqe tutan ölkələr heç nəyə iddia edə bilməzlər, «bu həm mümkün deyil, həm də yersizdir».
"Bizi oradan sıxışdırıb çıxarmağa çalışdıqları isə bəli, biz bunu bilirik, amma indiyə qədər Rusiyadan başqa heç kim bu cür qarant, sülh və sabitlik rolunu oynaya bilməz. Rusiya da öz səylərini davam etdirir", - RF prezidentinin mətbuat katibi qeyd edib.
TAHİR