Paşinyan öz işindədir, Kreml isə hələ də ümidini üzmür - "...Ermənistan ...qayıdacaq"
Kreml ümid edir ki, Ermənistan KTMT-nin işində «genişləndirilmiş iştiraka» qayıdacaq. Baki-xeber.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətuat katibi Dmitri Peskov deyib.
"Ermənistanın mövqeyi var, hansı ki, yaxşı məlumdur. Biz hər şeydə razılaşa bilmərik, çünki KTMT öz tələbatını qoruyur. Bütün ölkələr bu blokun daha da möhkəmləndirilməsinin və inkişafının zəruriliyində həmrəydir. Bu səbəbdən ümid edirik ki, biz də bu yolla irəliləyəcəyik və ümid edirik ki, erməni dostlarımız da zaman keçdikcə təşkilatda genişləndirilmiş iştirakın xeyrinə öz yanaşmalarını bərpa edəcəklər”, - Peskov bildirib.
TAHİR