Pirallahıda külli miqdarda müxtəlif növ tütün məmulatları aşkar edildi
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford” markalı nəqliyyat vasitəsindən və digər saxlanc yerlərində gizlədilmiş, Azərbaycan Respulikasının aksiz markası ilə markalanmayan külli miqdarda, 267806 manat dəyərində 837600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib.
Bu barədə “Bakı-Xəbər”ə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Qeyd olnub ki, faktla bağlı DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.