KÖHNƏ VERSİYA            

COP-29 və öncəsi: dayanıqlı inkişaf modelini seçən Azərbaycanda iqlim təşəbbüsləri...

Image

Yaşadığımız planetin ən böyük problemlərindən biri qlobal iqlim dəyişikliyidir ki, bu da bütün dünyanı, dövlətləri, insanları ciddi narahat edir, qayğılandırır. 

Dünyanın bir parçası olan Azərbaycanda da iqlim dəyişikliyinin ciddiliyi, gətirəcəyi bəlalar və fəsadlar çox aydın dərk edilir, bu qlobal bəlaya qarşı dövlət səviyyəsində geniş tədbirlər həyata keçirilir. Azərbaycan dövləti iqlim dəyişikliyi ilə mübarizə müstəvisində aydın və ardıcıl siyasət aparır, bu problemlə mübarizənin Azərbaycan modelini yaratmağa çalışır. Dayanıqlı inkişaf modelini dövlət siyasətinə çevirən Azərbaycan dünyanın xilası, insanlığın nicatı naminə addımlar atır. Məlumdur ki, 2024-cü il Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bununla da Azərbaycan bir daha sübut etdi ki, qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında öndə dayanır. Çünki təkcə iqlim təşəbbüsləri məsələsində deyil, digər qlobal problemlərin həllində, zərərlərinin aradan qaldırılmasında Azərbaycanın rolu və təşəbbüsləri bütün dünyanın diqqətində olub. İqlim dəyişiklikləri problemi dünya gündəmində geniş yer tutmamışdan əvvəl Azərbaycan bəşəriyyəti sarsıdan COVID-19 pandemiyasına qarşı ümumbəşəri mübarizədə öncüllər cərgəsində yer tutdu, öz humanist təşəbbüsləri ilə planatemizi, insanlığı qorumaq naminə təşəbbüslər göstərdi, addımlar atdı, kasıb ölkələrə hərtərəfli dəstəyin verilməsi işinin əsas ilhamvericisi rolunu oynadı. Bu gün də dünyanı sarsıdan daha böyük bəlaya - iqlim dəyişikliklərinə qarşı  mübarizədə Azərbaycan konkret təşəbbüslər irəli sürür. Azərbaycan beynəlxalq aləmin etibarlı və məsuliyyətli bir üzvü, bir parçası kimi iqlim dəyişiklikləri problemlərinə qarşı mübarizədə ən müxtəlif formalarda töhfələrini verir və verməkdə də davam edir.

Müasir dünya üçün çox vacib nöqtələrdən biri və Cənubi Qafqazın ən güclü dövləti olaraq Azərbaycan iqlim dəyişikliyi probleminin həllini “yaşıl enerji”yə keçid prosesində görür və bu istiqamətdə ölkəmizdə mühüm addımlar atılıb.

Bu ilin noyabrında COP29-a ( BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi edəcək. Bütün dünya üçün böyük əhəmiyyət daşıyan COP29 tədbirinə ölkəmizin ev sahibliyi etməsi təsadüfi deyil. Çünki Azərbaycan beynəlxalq aləm, eləcə də dünya dövlətləri tərəfindən məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü çoxdan təsdiqləyib. COP29 tədbirlərinin keçirilməsinin Azərbaycana həvalə edilməsi də bu inamdan, bu etibardan doğan mühüm amildir.     

Azərbaycan dünyada əsas neft-qaz ixrac edən ölkə kimi tanınsa da, bu gün həm də zəngin “yaşıl enerji” potensialı olan ölkə kimi çıxış edir və ortaya iradə qoyur. Əlbəttə, Azərbaycanın bu addımları dünyada bir nümunə, örnək kimi xarakterizə olunur. 

İyunun əvvəlində keçirilən Bakı Enerji Həftəsi olduqca yaddaqalan oldu. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılışında Azərbaycan Prezidentinin iştirakı və çıxışı dünyaya bir sıra mesajlarla yadda qaldı. Prezident çıxışında qeyd edirdi: “Bu gün həqiqətən tarixi bir gündür. Artıq qeyd etdiyim kimi, iyunun 4-ü tariximizdə “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaqdır. Əlbəttə ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və əminəm ki, budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələr əldə ediləcək”.

Yaşadığımız dünyada ətraf mühitin həddən artıq çirklənməsi, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti, o cümlədən də Azərbaycanı ciddi şəkildə qayğılandırır, bu baxımdan da çıxış yolunu “yaşıl enerji”yə keçiddə görür. 

Azərbaycanın özündə çox ciddi ekoloji problemlər mövcuddur. Xüsusən də azad olunmuş ərazilərdə Ermənistanın vaxtilə törətdiyi ekoloji terrorun dərin izləri hələ də qalmaqdadır. Mina terroruna qarşı, demək olar ki, təkbaşına mübarizə aparırıq. Mina probleminin Azərbaycana gətirdiyi bəlalar məlumdur. 

Bildirək ki, keçən ilin mayında 

Ağdamda və Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfransda  Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında hazırlanan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi ölkəmiz tərəfindən tərəfindən beynəlxalq və yerli ictimaiyyətə təqdim edilib. Yadınıza salaq ki, 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü keçən ilin martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. Prezidentin təşəbbüsü əsasında “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi müvafiq dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanıb və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasında təsdiq edilib. Rəsmi məlumata görə, 18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib.

İqlim dəyişikliklərinin yaranmasına səbəb olan amillərdən biri məhz ekoloji terrordur, dünyaya ziyan vuran mina problemidir. 

Əksər ekspertlərin dediyi kimi, dünyada iqlim dəyişikliyinin yaranmasına səbəb təkcə zavodların, fabriklərin, istehsal müəssisələrinin, neft-qaz qurumlarının atmosferə buraxdığı zərərli qazlar, tullantılar deyil, həm də minalardır.

Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə gördüyü işlərin miqyası çox böyükdür və dünyanı ağuşuna alan bu problemin həlli istiqamətində Azərbaycanın oynadığı rolun əyani təcəssümü COP29-da bir daha ifadə olunacaq.

Bildiyimiz kimi, Prezident İlham Əliyev Almaniyanın Berlin şəhərində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı çıxışında bildirirdi: "COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir. Çünki biz nəinki yaxşı tədbir təşkil etməliyik, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq".

Ekspertlərə görə, iqlim dəyişmələri bütün dünyanı narahat edən ən qlobal problemlərdən biridir və onunla mübarizə bütün bəşəriyyətin borcudur. Ekspertlər hesab edir ki, atmosferdə oksigenin miqdarını artırmağın ən optimal üsulu yaşıl iqtisadiyyatın sürətli inkişafına nail olmaqdır. Bu inkişaf yolunu da Azərbaycan çoxdan seçib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev mətbuata açıqlamasında “Bu gün Azərbaycan COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Prezident İlham Əliyev “Euronews” kanalına verdiyi müsahibədə bu qlobal tədbirə hazırlıq işləri haqqında ətraflı məlumat verməklə yanaşı, Azərbaycanın hansı yeni təşəbbüslərlə çıxış edəcəyinə də qismən aydınlıq gətirib. Dövlətimizin başçısı bildirib ki, qlobal iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün dünya birliyi qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi sahəsində bütün dövlətlərin həmrəyliyi və ortaq məsuliyyəti artırılmalıdır. Prezident İlham Əliyev iqlim dəyişikliyi məsələləri ilə bağlı qlobal miqyasda təzahür edən inamsızlığı azaltmaq üçün bu məsələyə fərqli yanaşmalar kontekstində ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini vacib hesab etdiyini bildirib. Qoşulmama Hərəkatına sədrlik müddətində olduğu kimi, COP29 tədbirləri ilə də bağlı Azərbaycan özünün yeni konsepsiyasını artıq irəli sürüb. COP29 tədbirlərinin əhəmiyyətini artırmaq və nəticələri daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyev üçtərəfli əməkdaşlıq prinsipi əsasında yeni yanaşma mexanizmini tətbiq etməyin örnəyini göstərmək əzmindədir. Hazırda ölkəmizdə keçiriləcək COP29 tədbirinə hazırlıq prosesində BƏƏ-nin, Azərbaycanın və Braziliyanın birlikdə təcrübədən keçirdiyi əməkdaşlıq formatı COP tədbirlərinin gələcək formatlarına mühüm və səmərəli dəyişikliklər edilməsinə gətirib çıxaracaq. Bu isə öz növbəsində dünya birliyi üçün ən ciddi qlobal problem kimi görünən iqlim dəyişikliyi ilə mübarizənin daha səmərəli nəticələr verəcəyinə zəmin yaradır” - deyə bildirib. 

Bildirək ki, bir neçə gün əvvəl Bakıda 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantı da Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə nə qədər önəm verdiyini və bu istiqamətdə mübarizəyə bütün mümkün resurslarını səfərbər etdiyini göstərir. 

Mətbuata görə, alimlərin beynəlxalq komandası hesab edib ki, ölkələr karbon tullantılarının miqdarının azaldılması üzrə sərt siyasət yürütməyə başlamazlarsa, planet 1,5 dərəcədən çox isinəcək. “Onların məlumatlarına görə, hökumətlər 2030-cu ilə qədər tullantıları iki dəfə azaltmalıdır ki, Yer “təhlükəsiz” 1,5 dərəcə kandarında qalsın”.

Göründüyü kimi, bütün dünyada əsas məsələ 2030-cu ilə qədər karbon emissiyalarını 1, 5 (bəzi ekspertlərə görə 2) Selsi dərəcədən aşağı məhdudlaşdırmağa, başqa sözlə, sabit saxlamağa nail olmaqdır. Azərbaycan da öz “yaşıl enerji” siyasəti ilə bu istiqamətdə töhfələr verir.

Dayanıqlı inkişaf modeli seçən Azərbaycan  iqlim dəyişikliyi probleminin həlli və “yaşıl enerji”yə keçid prosesinə keçid etməklə, bu istiqamətdə çoxsaylı layihələr həyata keçirməklə böyük uğurlara imza atmaqdadır. 

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimlinin fikrincə, Azərbaycan daim gələcəyə baxmaq ənənəsinə sadiq qalaraq, özünün bərpaolunan enerji potensialını əhəmiyyətli dərəcədə genişləndirməyi qarşısına məqsəd qoyub. “Prezident Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti kimi beynəlxalq tərəfdaşlarla birgə günəş və külək elektrik stansiyalarının tikintisi planlarını açıqlayaraq enerji strategiyasının yeni şərtlərlə uğurlu adaptasiyasını nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzurdakı su elektrik stansiyası layihələrindən yaranacaq əlavə potensialla 2027-ci ilədək 2 giqavat bərpaolunan enerjiyə nail olmaq, azad edilmiş ərazilərin yaşıl iqtisadiyyata keçid planlarına uyğun bərpası məqsədlərdən biridir. Azərbaycan, həmçinin iqlim dəyişikliyi məsələlərinin həllinə və yaşıl enerjiyə keçidə sadiqliyini nümayiş etdirərək, COP29-u yüksək səviyyədə keçirmək niyyətindədir” - deyə müsahibələrindən birində vurğulayıb. 

Azərbaycan dövləti COP29 tədbirinə çox yüksək səviyyədə hazırlaşır. Azərbaycanın ev sahibliyi ilə keçiriləcək və bəşəriyyətin taleyində, xilas yolunda mühüm əhəmiyyətə malik olacaq bu tədbirdən bütün dünyanın gözləntiləri çoxdur...

İradə SARIYEVA
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031