Laçında sülhməramlıların daha bir müşahidə məntəqəsi bağlandı
Rusiya sülhməramlıların Laçında daha bir müşahidə məntəqəsi bağlandı. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 10-da keçirdiyi brifinqdə bildirib ki, artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur.