“Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 5 dekabr tarixli 1035-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.
Qanuna əsasən, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I) 9-cu maddəsinin üçüncü hissəsinə “çərçivəsində” sözündən sonra “(bir nəzarət-kassa aparatının çeki üzrə)” sözləri əlavə edilsin.
2. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 129 (Cild I) 13-cü maddəsinin dördüncü hissəsinə “çərçivəsində” sözündən sonra “(bir nəzarət-kassa aparatının çeki üzrə)” sözləri əlavə edilsin.