Sertifikasiyadan keçməyən 800-ə yaxın müəllim işdən kənarlaşdırıldı...
2022-ci ildə ilk dəfə olaraq ibtidai sinif müəllimləri ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanıldı.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada deyib. O bildirib ki, müəllimlərin nəticələrinə uyğun olaraq onların əməkhaqqına artımlar edilib: “2023-cü ildə təkrar sertifikatlaşdırmadan keçməyən 800-ə yaxın müəllimin əmək müqaviləsinə xitam verilib. Cari ildə 30 mindən çox müəllimin sertifikatlaşdırma prosesinə cəlb edilməsi planlaşdırılır. Sertifikatlaşdırmada iştirak edən müəllimlərin 2026-cı ildən sonra təkrar sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulur”.
ZÜMRÜD