"Enerji sisteminə və keçid dövrünə yeni investisiyalar qoyulmalıdır" - BP
BP şirkəti olaraq Səngəçaldakı platformanın karbonsuzlaşdırılması istiqamətində işlər görürük. Bu sözləri BP AGT-nin qaz və az karbonlu enerjinin inkişafı üzrə vitse−prezidenti Katerina Papaleksandri Bakı Enerji Forumunun ikinci günündə “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, böhran illərində enerji sisteminin kövrəkliyi gündəmdə olub: “Təchizat və tələb arasında balansı saxlamaq çox vacibdir. Burada vacib məsələlər var ki, bunlardan birincisi dünyanın ehtiyacı olan sərfəli, dayanıqlı enrejini təchiz etməkdir. Buna görə də enerji sisteminə və keçid dövrünə yeni investisiyalar qoyulmalıdır. Neft və qaz sistemlərinə investisiya qoyaraq lazım olan enerji təchizatını saxlamalıyıq. Bu bizim strategiyamızın məğzidir. Biz “Şahdəniz” yatağında fəaliyyət göstəririk. Bu yataq ölkəni və Avropanı qazla təchiz edir. Biz eyni zamanda, keçid faktoru istiqamətində Azərbaycana investisiya qoyuruq”.
NAMİQ