Hikmət Hacıyev Azərbaycanda mina qurbanlarının sayını açıqladı... - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb.
Prezidentin köməkçisi "X" sosial şəbəkəsindəki hesabında zərərçəkmişlərin sayını özündə əks etdirən şəkil yayımlayıb:
“Azərbaycanda mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır. Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib”.
TAHİR