"Azərbaycan “köhnə qitə”nin enerji təhlükəsizliyində əsas tərəfdaşdır" - italiyalı ekspert
İtaliya Asiya İnstitutunun (ISIA) və Siena Universitetinin geosiyasi analitiki Fabio İndeo Azərbaycanın enerji imkanları və rolu barədə danışıb. İtaliyalı ekspert bildirib ki, Azərbaycan Avropanın idxal coğrafiyasının şaxələndirilməsi strategiyasının həyata keçirilməsi üçün səylərini dəstəkləməyə hazır olduğunu nümayiş etdirən etibarlı təchizatçı kimi “köhnə qitə”nin enerji təhlükəsizliyində əsas tərəfdaşı təmsil edir.
“Bakı Cənub Qaz Dəhlizinin yeganə təchizatçısıdır ki, bu da onun etibarlı tərəfdaş kimi rolunu artırır. Bundan əlavə, Azərbaycanın 2022-ci ilin iyul ayında TAP vasitəsilə ixrac olunan qaz həcmini 2027-ci ilə qədər iki dəfə artırmaqla bağlı dərhal mövcudluq təklifi Rusiyadan qaz idxalını tədricən azaltmağa yönəlmiş Avropa enerji diplomatiyasının mühüm hissəsini təşkil edir”, - deyə italiyalı ekspert qeyd edib.
Mətləb Salahov