Daha bir aktyor Rusiyada xarici agent elan edildi
Rusiyalı aktyor Aleksey Panin xarici agentlərin və terrorçuların reyestrinə salınıb. Rusiya mətbuatının yazdığına görə, 29 nəfərin olduğu siyahıda Panin 7-ci yerdədir. O, terrorizmə çağırışda və Rusiyanın ərazi bütövlüyünü pozmaqda ittiham olunur.
Qeyd edək ki, A. Paninə qarşı iş 2023-cü ildə açılıb. Aktyoru yeddi ilə qədər həbs gözləyir. 2024-cü ilin fevralında Moskvanın Qaqarinski Rayon Məhkəməsi aktyoru iki ay müddətinə qiyabi həbs edib. O, 2020-ci ildən İspaniyada yaşayır.
Mətləb Salahov