İki həftədə İranda 63 məhbus edam olunub - beynəlxalq təşkilat açıqladı
İranda iki həftə ərzində barələrində ölüm hökmü çıxarılan 63 məhbus həbsxanalarda edam olunub. Bu barədə “Amnesty International” Təşkilatının hesabatında bildirilib. Qeyd edilib ki, İranda bu il 28 aprel-11 may aralığında 15-i etiraz aksiyası iştirakçısı olmaqla, 63 nəfər edam olunub.
Təşkilatın baş katibi Aqnes Kallamar açıqlamasında deyib ki, İran hakimiyyəti insan həyatını tamamilə nəzərə almayaraq narkotik cinayətlərinə görə cəzaları sərtləşdirib : “Bu isə İran cəmiyyətində yoxsul insanlara qarşı ayrı-seçkiliyə səbəb olub”.
Mətləb Salahov