Cəlilabad polisi kiberdələduzluğa qarşı mübarizə tədbirlərini gücləndirdi
Respublikamızda kiberdələduzluq və bank kartlarından oğurluq artmaqdadır. Bunu nəzərə alan Cəlilabad polisi rayonunda bu, hallara qarşı müntəzəm şəkildə maarifləndirici tədbirlər görür.
Belə ki, polis əməkdaşları tərəfindən insanların ayıq olması üçün ictimai iaşə obyektlərinin, ödəmə terminallarının və bankomatların yaxınlığında məlumatverici lövhələr asılıb. Həmçinin vətəndaşlarla görüşlər zamanı maarifləndirici söhbətlər aparılır, onlara kibertəhlükəsizlik qaydaları ilə bağlı vacibi tövsiyələr verilir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü