Gürcüstan parlamentinin komitəsi prezidentin “Xarici agent" qanununa vetosunu ləğv etdi
Gürcüstan Parlamentinin hüquq komitəsinin mayın 27-də keçirilən iclasında ölkə prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” Qanuna qoyduğu vetonun ləğv edilməsi barədə məsələyə baxılıb.
Komitə Prezidentin vetosunun ləğvinə dair təklifi dəstəkləyib.
Qanun layihəsinə tətbiq olunan vetonun ləğvinə dair məsələ mayın 28-də plenar iclasda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” Qanuna veto qoymuşdu.
ZÜMRÜD