Çin, Yaponiya və Cənubi Koreya liderləri Seulda iclas keçirir
Bu gün Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yol, Çinin Baş naziri Li Çian və Yaponiyanın Baş naziri Fumio Kişidanın üçtərəfli toplantısı keçirilir. Bu, Asiyanın 3 ölkəsinin liderlərinin 2019-cu ilin dekabrından sonra ilk birgə toplantısıdır. Tərəflər iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi, səhiyyə, elm və texnologiya, təbii fəlakətlə mübarizə sahələri üzrə əməkdaşlıq və xalqlar arasında mübadilə məsələləri müzakirə ediblər.
Görüşdə 2025-ci və 2026-cı illəri Çin-Yaponiya-Cənubi Koreya mədəni mübadilə illəri elan ediblər.Toplantının yekununda birgə bəyanatın qəbul edilməsi gözlənilir. Liderlər hər 3 ölkənin iş adamlarının iştirakı ilə təşkil olunacaq biznes forumda da iştirak edəcəklər.
Mətləb