Sus kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olundu
Bu gün növbəti köç karvanı ilə Laçının Sus kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub.
Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Bununla da Sus kəndində 59 ailənin və ya 215 nəfərin məskunlaşması təmin edilib.
ZÜMRÜD