Milli Məclis Prezident və Birinci vitse-prezidenti Müstəqillik Günü münasibətilə təbrik edib
Milli Məclis 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından 28 may - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərilsin.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.