1 avtomat silahı, 5 qumbara, 5 tüfəng... - DİN-dən AÇIQLAMA
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5 tüfəng, 96 patron darağı və 38 müxtəlif çaplı patron təhvil götürüblər.
Mətləb Salahov