“Lachin Climate Action Dialogue” forumu işinə başlayıb - FOTO
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelərin mayın 24-də Laçına səfəri başlayıb.
Trend xəbər verir ki, səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Səfərin məqsədi “Lachin Climate Action Dialogue”da iştirak etməkdir. Artıq Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda diplomatik korpusun üzvləri və hərbi attaşelərin iştirakı ilə keçirilən “Lachin Climate Action Dialogue” forumu işinə başlayıb.