KÖHNƏ VERSİYA            

Kilsə İrəvanda yekun mitinqi 26 maya təyin etdi - 1600 il əvvələ aid uydurma erməni-fars döyüşünün gününə...

Image

Revanşist və saxta yepiskop Baqrat Srbazan (Qaltanyan)  mayın 26-da İrəvanın Respublika meydanında mitinq keçiriləcəyini açıqlayıb. “Mayın 26-da - Avarayr döyüşü günü saat 16:00-da Respublika meydanında görüşəcəyik” - Baqrat Srbazan deyib. 

Burada diqqət çəkən məqam mitinq keçirilməsi deyil, Avarayr döyüşlərinin baş verdiyi tarixi günün xüsusi vurğulanmasıdır. Avarayr döyüşündə ermənilərin iştirakı barədə saxta məlumat bazası yaradılması təəssüf doğurur. Bu gün ermənilər əsassız olaraq həmin döyüşü öz adlarına çıxıb “qələbə” ilə öyünürlər, hətta keşiş yekun mitinqin 26 maya salındığını deyir. 

Tarixdə Avarayr döyüşü baş verib, amma burada ermənilərin iştirakı barədə deyilənlər cəfəngiyatdır. Bu döyüş 451-ci il mayın 26-da farslarla (Sasanilər) albanlar arasında baş verib. Amma gördüyünüz kimi, ermənilər iddia edirlər ki, bu döyüş farslarla ermənilərin arasında olub. Ermənilərə aid qondarma ədəbiyyatda, tarix kitablarında, mətbuatda Avarayr döyüşünün tərəflərindən biri saxtalaşdırılır. Yəni saxtakarcasına albanlar ermənilərlə əvəzlənir. 

Məsələn, Avarayr döyüşü və ya Avaray döyüşü barədə Azərbaycan və rusdilli vikipediya məqaləsində bir-birinə bənzər məqalələr yer alıb. Təbii ki, məqalə ermənilərin saxta məlumatları əsasında hazırlandığından burada faktlar təhrif olunur və Avarayr döyüşü Sasani əsarətinə qarşı üsyan edən ermənilərlə İran qoşunu arasında baş verən döyüş kimi qələmə verilir. 26 may 451-ci ildə Maku və Xoy arasındakı Avarayr düzündə baş verən üsyana Vardan Mamikonyan adlı erməninin başçılıq etdiyi iddia olunur. “Döyüşdə ermənilərlə birlikdə qonşu iberlər və albanlar da iştirak etmişdi. İran qoşunu sayca az olan üsyançıları məğlub etmişdir. Bu vuruşmada Mamikonyan öldürülmüşdür, lakin Sasanilərin qələbəsi həlledici olmamışdır. 457, 481–484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yeni üsyanlar baş vermişdir”-deyə məqalədə vurğulanır. Təbii ki, bu tamamilə saxta məlumatlardır. Göründüyü kimi, farslarla albanlar arasında olan müharibəni ermənilər saxtalaşdırıb, bunun özləri ilə bu gün “qardaş” dedikləri farslar arasında baş verdiyini deyirlər. Bu müharibənin farslarla ermənilərin arasında olan döyüş kimi qələmə verilməsi həm saxtadır, həm də bu saxta məsələnin indi niyə ortaya çıxarıldığı suallar doğurur. Ermənilər hələ Avarayr döyüşünə “Vardan üsyanı” adı da veriblər. 

Məsələ burasındadır ki, ermənilər bu saxta məlumatı hələ Sovet dövründə hazırlayıb dərsliklərə daxil etməyə müvəffəq olublar, uzun illər Avarayr döyüşünün tərəflərindən biri saxtakarcasına ermənilər kimi qələmə verilib. 

Zaur Əliyev: “Bu tarixi döyüş albanların Sasanilərə qarşı apardığı mübarizənin nəticəsi olaraq Maku və Xoy arasında yerləşən ərazidə baş verib” 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, politoloq Zaur Əliyev “Bakı-Xəbər”ə şərhində “Qədim dünya tarixinə baxsınlar, görəcəklər ki, Avarayr döyüşü zamanı Qafqazda erməni olmayıb. Bu tarixi döyüş albanların Sasanilərə qarşı apardığı mübarizənin nəticəsi olaraq Maku və Xoy arasında yerləşən ərazidə baş verib. Bütün qədim qaynaqlar və mənbələr bu döyüşün albanlar və Sasanilər arasında baş verdiyini yazır” - deyə bildirdi.

Qasım Hacıyev: “Avarayr döyüşünün ermənilərə heç bir aidiyyəti olmadığı faktdır, onların yazdıqları saxta məlumatlar heç zaman gerçəyi ört-basdır edə bilməz” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, o dövrdə ermənilərin bizim bölgədə olmadığı faktdır. Q.Hacıyevin sözlərinə görə, ermənilər Avarayr döyüşünü də saxtalaşdırıblar, özlərini o döyüşdə tərəflərdən biri kimi göstərməyə çalışırlar. “Ermənilərə Sovet dövründə çox münbit şərait yaradılıb. Onlar da saxta mənbələr düzəldərək onun əsasında tarixlər yazıblar. Bütün yazdıqlarını tədqiq edərkən hamısının saxta olduğu meydana çıxır. Amma yenə də öz əməllərindən qalmırlar. Hər hadisəni saxtalaşdırırlar. Bir vaxtlar iddia etdilər ki, guya  Gülüstan və Türkmənçay müqavilələri ermənilərlə ruslar arasında bağlanıb. Bizim eranın əvvəllərində, V, VI əsrlərdə Qafqazda gedən mübarizələrin ermənilər tərəfindən aparıldığı, bu döyüşlərə, üsyanlara erməni sərkərdələrin başçılıq etdiyinə dair saxta tarixlər düzüb-qoşublar. Onların son dövrlər ortaya çıxardıqları və “mənbə” adı verdikləri nümunələrin hamısı cəfəngiyatdır. “Qədim erməni tarixçilərinin” hamısını özlərindən uydurublar.  

O ki qaldı Avarayr döyüşünə, bu döyüşlə bağlı da ermənilər saxtalaşdırma aparıblar. Tarixə görə, bu döyüş albanlarla farslar arasında 451-ci il may ayının 26-da baş verib. Amma o dövrdə ərəblərin gəlişinə qədər Sasani imperiyası ətrafında olan əyalətləri, dövlətləri özünə tabe etmək üçün həmişə mübarizə aparırdı, onları təsir altında saxlamağa çalışırdı.  Cənubda Atropatena, ondan Şimalda Albaniya dövləti vardı. Amma Cənubi Qafqazda nə ermənin özü vardı, nə də dövləti. Çünki  onların “erməni dövləti” dediyi “Ermənistan” Əhəmənilər hakimiyyəti dövründə, eradan əvvəl VI-V əsrlərdə canişinliklərdən ibarət olub. Egey dənizi sahillərindən ön Asiyaya gəlmiş ermənilər orada bir cani.inik yaratmışdılar, o Əhəmənilərin tərkibində idi. Sonra eranın əvvəllərində Parfiya və Roma arasında gedən müharibələrdə o dağıldı. Orta əsrlərdə nə erməni dövləti, nə canişinliyi vardı. Heç nə yox idi. Onların yaşadığı ərazi iki imperiya arasında bölündü, onların adı itdi getdi. 

Amma Albanya da, Atropatena da müstəqil dövlətlər kimi həm Romaya qarşı mübarizə aparır, bəzən də onlarla başqa dövlətlərə qarşı müttəfiq olurdular. Albanların isə Sasanilərə qarşı azadlıq mübarizəsi olub. Sasani imperiyası bu əraziləri işğal edəndə Albaniya da bir müddət onların tabeliyində olub, amma sonradan yenə də müstəqilliyini davam etdirib. Ərəb işğallarına qədər. İstər farslara, istərsə də başqalarına qarşı Cənubi Qafqazda aparılan mübarizənin ermənilərə heç bir dəxli yox idi. Bu baxımdan, Avarayr döyüşünün ermənilərlə farslar arasında getdiyini iddia etmək tarixi saxtakarlıqdır. Albanlar fars mənşəli Sasanilərə qarşı mübarizə aparırdılar, Avarayr döyüşü də farslar və albanlar arasında baş verib. Orada ermənilərin tərəflərdən biri kimi göstərilməsi uydurmadır. Bu müharibəni ermənilərə bağlamağın özü gülüncdü. Bu döyüşün ermənilərə aidiyyəti yox idi. Mamikonyanın da ermənilərlə heç bir əlaqəsi olmayıb. Bilirsiz ki, farsların özlərinin soyadları “yan” sonluğu ilə başa çatır. Burada ermənin adı, rolu olmayıb. Ermənilər soyad sonluqlarının oxşarlığından istifadə edərək belə iddialar irəli sürüblər”.

Q.Hacıyev əlavə etdi ki, Baqrat Qalstanyanın yekun mitinqin Avarayr döyüşünün ildönümü tarixində keçiriləcəyini deməsinin arxasında növbəti saxtakarlıq cəhdi durur. “Avarayr döyüşünün ermənilərə heç bir aidiyyəti olmadığı faktdır, onların yazdıqları saxta məlumatlar heç zaman gerçəyi ört-basdır edə bilməz. Saxta keşiş özü də bilir ki, Avarayr döyüşündə tərəflərdən biri ermənilər yox, albanlar olub, amma yenə də yalanından qalmayıb. Bir məqamı da deyim ki, alban irsini erməni kilsəsi qəsb edib və bütün nə varsa öz adlarına çıxırlar. Avarayr döyüşü barədə saxta tarix düzəldən ermənilər bununla özlərinə təsəlli verirlər. O ki qaldı indiki həssas məqamda Avarayr döyüşünün gündəmə gətirilməsinə, erməni keşişin bunu hansı niyyətlə etdiyi məlum deyil. Bütün hallarda bu tarixi saxtakarlıqdır” - deyə Q.Hacıyev qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:01
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlayır? - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031