İran xarici işlər naziri Tehranda dəfn edildi
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda dəfn olunub. İran mediası yazır ki, nazir Tehranın Əbdüləzim Həsəni ziyarətgahında dəfn edilib.
Dəfn mərasiminə İran prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxber, xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni və digər rəsmilər qatılıblar.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.
NAMİQ