Birinci Qarabağ müharibəsinin şəhidi Cavid Ələkbərov Sumqayıtda dəfn olundu
![Image](/uploads/posts/2024-05/trend_shehid_cavid_elekberov_user.webp)
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavid Fazil oğlu Ələkbərovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.
Trend-in məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib və dəfn olunub.
Qeyd edək ki, şəhid Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-da Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olub.1993-cü ildə Milll Ordu sıralarında həqiqi hərbi xidmətə çağrılıb.
Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Məlumatlara görə şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyi istiqamətində olub.