Azərbaycanla Tacikistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb
![Image](/uploads/posts/2024-05/1716469192_aliyevrahmon_senedler_2.webp)
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzaladılar.