Fransa klubu 40 yaşlı futbolçu ilə müqavilə yenilədi
![Image](/uploads/posts/2024-05/198885_cep5yik5mp.webp)
"Nitsa"nın müdafiəçisi və kapitan Dante Fransa klubu ilə müqaviləsini uzadıb. Fransız klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, 40 yaşlı futbolçu ilə 2025-ci ilin iyunun 30-a kimi müqavilə imzalanıb.
Dante 2016-cı ildən "Nitsa"da çıxış edir. O, başa çatan mövsüm çempionatda və Fransa kubokunda 35 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.
Mətləb