Makron Yeni Kaledoniyaya gedib
Fransa Prezidenti Emmanuel Makron Parisdən 17 000 kilometr məsafədə yerləşən Yeni Kaledoniyaya səfər edib. “Figaro” nəşrinin yazdığına görə, dövlət başçısını daxili işlər naziri Jerald Darmanen, müdafiə naziri Sebastian Lekornü, dənizaşırı ərazilər naziri Mari Qevnu müşayiət edir. Makron bildirib ki, onun əsas prioriteti asayişin bərpa olunmasıdır. Yalnız bu halda arxipelaqda fövqəladə vəziyyət rejimi aradan qaldırıla bilər.
Fransa prezidenti seçici siyahıları məsələsində geri addım atılmayacağını, artıq qəbul edilmiş qanunların dəyişdirilməyəcəyini vurğulayıb.
Mətləb Salahov