KÖHNƏ VERSİYA            

Fransanın Kaledoniyada hazırladığı qəddar planlar dünyanı dəhşətə gətirdi...

Image

Ölkə prezidenti Emmanuel Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbçi göndərmək qərarına gəlib. Bu barədə BFMTV kanalı məlumat yayıb. Kanalın mənbəsinin sözlərinə görə, ictimai binaların təhlükəsizliyinin təmin edilməsinə hərbi qulluqçular cəlb olunacaq. Söhbətin neçə hərbçidən getdiyi göstərilmir.

Qeyd edək ki, Yeni Kaledoniyada 10 ildən artıq adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu nəzərdə tutan konstitusiyaya təklif edilən düzəlişlə başlayan etirazlar mayın 13-də başlayıb. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq, bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Noumea sazişinə zidd olduğunu bildiriblər. Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində şiddətli etirazlar fonunda Fransa hakimiyyəti komendant saatı tətbiq edib. Polis dəfələrlə nümayişçilərə qarşı kobud davranıb və güc tətbiq edib. Eyni zamanda paytaxtda ictimai tədbirlər qadağan olunub, dövlət, özəl orta məktəb və kolleclərdə dərslər dayandırılıb. Xatırladaq ki, Yeni Kaledoniyanın 300 minə yaxın əhalisi var. Onların 40 faizi və ya 112 minini yerli kanaklar təşkil edir. Sakit Okeanın cənubunda, Avstraliya və Fici adaları arasında yerləşən adalar qrupu 19-cu əsrdən bəri Fransa müstəmləkəsidir. Hazırda baş verənlər 1980-ci illərdən bəri müşahidə edilən ən pis iğtişaş kimi qiymətləndirilir. 1998-ci il Noumea sazişinə əsasən, Fransa əraziyə daha çox siyasi muxtariyyət verməyə razılaşıb. Həmçinin qərara alınmışdı ki, əyalət və məclis seçkilərində yalnız həmin vaxt orda olan yerli sakinlər iştirak edə bilər. O vaxtdan bəri 40 mindən çox Fransa vətəndaşı Yeni Kaledoniyaya köçüb. Bunlar fonunda Fransa üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Bu da səbəbsiz deyil. Qeyd edək ki, Yeni Kaledoniya faydalı qazıntılarla çox zəngindir. Burada tükənməz xrom, kobalt, molibden, mis, qızıl və nikel yataqları var. Yer kürəsində mövcud olan nikelin 11 faizi yeni Kaledoniyada yerləşir. Yeni Kaledoniyaya daxil olan adalar Fransanın xammal bazası hesab edilib. Fransa Yeni Kaledoniyadanı ağac, nikel, xrom, mis, Taiti-Polineziyadan subtropik meyvə, dəniz məhsulları, Qvianadan qızıl, qiymətli ağac növləri, şəkər çuğunduru, Martinka, Mayotta, Qvadelupa və Reynuon adalarını isə subtropik meyvə, kofe, dəniz məhsulları və digər xammal bazası kimi istifadə edib. Bunların müqabilində isə yerli əhali işsizlik və yoxsulluqdan əziyyət çəkir. Bu və digər hallara qarşı Yeni Kaledoniyada etirazlara Fransa ən sərt formada müdaxilə etməyə çalışır. “Le Fiqaro” qəzeti Yeni Kaledoniyada baş verənləri vətəndaş müharibəsinin başlanğıcı adlandırıb ki, bu da təsadüfi deyil. Belə ki, yandırılan və dağıdılan mağaza və müəssisələrin hamısı yerli əhaliyə yox, gəlmə fransızlara məxsusdur. Adada doğulub illərlə burada yaşayan yerli əhali bir parça çörək tapa bilmədiyi halda Fransadan gələnlər bütün milli sərvəti daşıyıb aparır. 

Bu fonda  fransız akademik Benjamin Morel bildirir ki, Kaledoniyada baş verənlər illərlə yığılıb qalan problemlərin rəsmi Paris tərəfindən inkar edilməsinin nəticəsidir: “Biz etiraf etməliyik ki, Yeni Kaledoniyanın problemlərini həll etmədik, onları dondurub saxladıq və daha təhlükəli vəziyyətə gəlib çıxmasını seyr etdik”. Akademik Fransa hökumətinin vaxtilə Yeni Kaledoniyada insanların səsvermə hüququndan məhrum etməsini yanlış hesab edir. O nəzərə çatdırıb ki, bu etirazlar bütün koloniyalara yayılacaq, o cümlədən Korsikaya da təsir edəcək. Alim bildirib ki, problemləri inkar etmək həmişə təhlükəli tendensiya olub. Bu fonda Fransa Yeni Kaledoniyada baş verən hadisələrdə “xarici iz” axtarışını dayandırmır. Fransanın daxili işlər naziri Jerar Darmanan bir neçə gün əvvəl “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Növbəti eyniməzmunlu mövqeyi Fransa parlamentinin Fransa-Ermənistan parlament dostluq qrupunun rəhbəri Ann-Lorens Petel paylaşıb. O, sosial şəbəkədə hesabında yazıb: “Yeni Kaledoniyada sabitliyin pozulmasının arxasında Azərbaycanın yaratdığı Bakı Təşəbbüs Qrupunun dayandığı göz qabağındadır”. Rəsmi Bakı bunları absurd adlandırıb və bildirib ki, Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Rusiyalı politoloq Pavel Klaçkov məsələ ilə bağlı bildirir: “Fransa rəsmilərinin Azərbaycanın guya Yeni Kaledoniyada qiyam qaldırması barədə açıqlaması məni heyrətə gətirdi. Fransa sonunda bu Sakit okean ərazisinə qoşun göndərdi. Azərbaycan Xarici İşlər Nazirliyi isə bunun doğru olmadığını bəyan edib. Paris Bakının Sakit okeanda öz ərazilərinə beynəlxalq təsirdən narahat olmağa başlayır, bu isə o deməkdir ki, Azərbaycan Respublikası indi ciddi güc kimi qəbul edilir. Bugünkü Paris siyasəti Fransanın “Şarli Hebdo” jurnalındakı karikaturaya bənzəyir. Qəribədir ki, Fransanın siyasi köpüyü hələ partlamayıb. Amma məncə, bir az gözləmək lazımdır”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031