KÖHNƏ VERSİYA            

Tavuşdan yürüşə başlamış Baqrat "Qarabağın qaytarılması" məsələsinə gəlib çıxdı...

Image

Akif Nağı: “Baqrat camaatı bu cür sözlərlə aldadır, kütlə psixologiyası ilə oynayır”

Qarabağ məsələsinin kökündən həll olunduğunu bütün dünya da, Ermənistan hökuməti də birmənalı olaraq qəbul etdi, Qarabağın Azərbaycanın ayrılmaz tərklib hissəsi olduğunu Baş nazir Nikol Paşinyan öz imzası ilə bəyan etdi. 

Artıq dünyada normal düşüncəsi olan hər kəs etiraf edir ki, Azərbaycan öz gücünə ərazilərini işğaldan azad edərək torpaqları üzərində suvernliyini təmin etdi.   

Amma nədənsə, hələ də erməni Qriqoryan kilsəsi başda olmaqla Ermənistandakı revanşist qüvvələr və bəzi diaspor təmsilçiləri reallığı qəbul etmək istəməyib xam xəyallara düşürlər. 

Özünü “Vətən üçün Tavuş” hərəkatının “lideri” sayan üzdəniraq arxiyepiskop  Baqrat Qalstanyan İrəvana hərəkət etdikdən və burada ciddi uğursuzluğa düçar olduqdan sonra indi də Qarabağ məsələsini qurdalamağa başlayıb. Bu həmin keşişdir ki, Vətən müharibəsi dövründə də, sonrakı zamanlarda da Qarabağla bağlı hədyanlar səsləndirib. 

Baqrat Qalstanyan jurnalistlərə deyib ki,  “ermənilərin Qarabağa qayıtması üçün alətlər hakimiyyətin əlindədir”. 

Qalstanyan qeyd edib ki, Qarabağ sakinlərinin Ermənistandakı həyatı və onların Qarabağa qayıtması ilə bağlı məsələlər müzakirə olunub. “Arxiyepiskop” “bütün bu müzakirələr istəklər səviyyəsindədir, çünki lazımi vasitələr səlahiyyətlilərin əlindədir”-deyib.

“Hər şey haqqında danışa bilərik, amma istəklər reallaşacaqmı?”. O, həmçinin çıxış yolunu Paşinyanın istefasında görüb. 

Bunların hər şeydən əli üzülüb, indi də “Qarabağın qaytarılması”, yaxud ermənilərin geri qayıtması məsələsindən yapışıblar. Revanşist keşiş yenə də Qarabağın “qaytarılmasından”, bu alınmasa ermənilərin geri qaytarılmasından danışıb. Unudur ki, heç kəs erməniləri Qarabağdan qovmayıb, onlar özləri könüllü şəkildə gediblər. Ermənilərin geri - Qarabağa qayıtması isə Azərbaycanın irəli sürdüyü şərtlərdən aslıdır, Qərbi azərbaycanlılar geriyə öz ata-baba yurdlarına döndükdən sonra bu məsələ həll oluna bilər. 

Qeyd edək ki, Qarabağdan getmiş bəzi separatçılar da yenə “Qarabağdan əl çəkmədiklərini” deyirlər. 

“Özü də başa düşür ki, boş-boş danışır, insanları müəyyən yalançı vədlərlə ümidləndirir” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, keşiş Baqrat çox oyunlardan çıxdı, hələ bundan sonra da yəqin, müəyyən oyunlardan çıxacaq. “Çünki onu oyuna atanların məqsədləri var, axıra qədər də ondan istifadə etmək fikrindədirlər. Onun heç bir cəhdi alınmadı. İrəvanda aksiya keçirməyə çalışdı, Paşinyanın istefası məsələsini qoyur. Narazılıq var, insanların incə hisslərinə toxunur, kilsənin adından çıxış edir. Bunlar müəyyən mənada insanları hərəkətə gətirir, aksiyalarda iştirak edirlər. Amma hər kəs başa düşür ki, o marionetdir, ortaya atılan oyuncaq bir fiqurdur, müəyyən məsələləri onun vasitəsilə yoxlayırlar, yəni əhali nəyə necə reaksiya verir, xaricdən hansı reaksiyalar var. Ermənistanda da hakimiyyətə gəlmək istəyən müəyyən qüvvələr var, bu onlar tərəfindən ortaya atılıb. Eyni zamanda xaricdə də müəyyən qüvvələr, ayrı-ayrı ölkələr var ki, Ermənistanda situsiyanı nəzarətə götürmək istəyir. 

Onlar növbəti variantı da yoxlayırlar, Ermənistanın 4 kəndi Azərbaycana qaytarılmasına qarşı hay-küy saldılar, amma Ermənmistan hakimiyyəti də mövqeyində dayandı. Baqratın özünü də Kirant kəndinə buraxmadılar. “Müxailf” deputatlar özlərini ora çatdırmaq istədi, müxtəlif ictimaiyyətçilər, elm adamları Azərbaycana qaytarılan kəndlərə gəlmək istəyirdilər ki, camaatla görüşsünlər, amma Ermənistan hökuməti onları geriyə qaytardı. Bu cəhdləri də alınmadı. Əvvəl camaat Baqratın sözünə qulaq asdı, amma gördülər ki, bu boş, mənasız sözlərdir, o ciddi adam deyil. Son açıqlamasında da deyir ki, guya Paşinyanın istefasına nail olcaq, guya onun başqa yolu yoxdur. Baqrat camaatı bu cür sözlərlə aldadır, kütlə psixologiyası ilə oynayır. İnsanlar da adətən bu cür çağırışlara reaksiya verirlər. Bütün bu vasitələr bitdi, 4 kəndlə bağlı məsələ söndü, artıq orada sərhəd dirəkləri basdırılıb, Ermənistanla Azərbaycan arasında proseslər davam edir. İndi başqa bir variant axtarır ki, bəlkə öz avantürasını bu yolla davam etdirsin. Gündəmdə qalması üçün istifadə etdiyi bütün metodlar iflasa uğradığı üçün indi də Qarabağ məsələsindən, ermənilərin ora qaytarılmasından yapışıb. Erməniləri heç kim oradan qovmayıb. Azərbaycan hökumətinin mövqeyi ondan ibarətdir ki, ermənilər ora qayıdıb yaşaya bilərlər, amma şərtə görə, onlar Azərbaycan vətəndaşlığını, Azərbaycan konstitutsiyasını qəbul etməlidirlər, onu etmirlərsə, onların üzlərinə qapı bağlıdır. Digər tərəfdən, Azərbaycan sonsuz şəkildə onları gözləmək fikrində deyil, Xankəndi tarixən Azərbaycan şəhəri olub, indi də o statusu özünə qaytarıb. Təmiz Azərbaycan şəhəri olaraq öz mövcudluğunu davam etdirəcək”-deyə A.Nağı qeyd etdi. 

A.Nağı bildirdi ki, Azərbaycan prosesləri normal şəkildə davam etdirir, tikinti-quruculuq işləri gedir, Qarabağ Universiteti yaranıb, artıq ermənilər ora qayıtmaq haqqını itirdiklərini bilirlər, qayıtmağa onların heç bir hüququ yoxdur. “Keşiş Baqrat da hər şeyi bilir. Açıqlmasında da bildirib ki, biz bunu söz olaraq deyirik. Ermənilərin ora qayıtması bizim ixtiyarımızda deyil, bu, Ermənistan hökumətinin səlahiyyətindədir. Baqrat özü də başa düşür ki, boş-boş danışır, insanları müəyyən yalançı vədlərlə ümidləndirir. Başa düşdüyü bir məsələ də var, onu etiraf etmir ki, ermənilər Qarabağdan daha əllərini üzüb, ora qayıtmaq istəmirlər...”.

Baqratın dediklərinin cəfəngiyat olduğunu deyən A.Nağının sözlərinə görə, indiyə qədər o ciddi bir tezisə müraciət etməyib, hansı fikri deyirsə, hansı açıqlamanı verirsə bir müddətdən sonra sabun köpüyü kimi dağılıb gedir, təsirini itirir. “Bu onun ən uğursuz açıqlamalarından biridir. Çünki Ermənistanda da tam şəkildə başa düşürlər ki, artıq ermənilərin Qarabağa qayıtması mümkün deyil”-deyə A.Nağı bildirdi. 

Qarabağdan köçüb gedən ermənilərdən erməni kilsəsinin, müəyyən xarici qüvvələrin və dövlətlərin Azərbaycana qarşı istifadə etməyə çalışdığını deyən A.Nağının sözlərinə görə, hələ bundan sonra da onlardan alət kimi yararlanmağa çalışanlar olacaq, bütün bunlar isə nəticəni dəyuşməyəcək, Qarabağ Azərbaycanın BMT tərəfindən tanınmış hissəsidir və dövlətimiz orada böyük işlər həyata keçirir. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031