KÖHNƏ VERSİYA            

Fransa deputatı sərsəmlədi - “Bakı Parisdən ermənilərin qisasını alır"...

Image

Faiq Ələkbərli: “Azərbaycanı qaralamaq heç bir fayda verməyəcək, hansısa fransız deputatın hədyanları gerçəyi dəyişməyəcək”

Rəsmi Parisin Azərbaycana qarşı yürütdüyü düşmən siyasətini Fransa senatının müəyyən deputatları da davam etdirir. Bunların gözlərini erməni sevdası elə tutub ki, hər şeyə görə Azərbaycanı suçlayırlar.  Elə bunun təzahürüdür ki, Fransanın içində bir hadisə baş verirsə “bunu Azərbaycan edib” deyirlər. 

Məsələn, Yeni Kalendoniyada və başqa müstəmləkələrində davam edən milli azadlıq hərəkatlarının, Fransanın neokolonializm siyasətinə qarşı başlanan etirazların arxasında Azərbaycanın durduğunu iddia edirlər. Təbii ki, bu tamamilə əsassızdır.  

Fransa Milli Assambleyasının Fransa-Ermənistan parlament dostluq qrupunun rəhbəri Ann-Lorens Petel sosial şəbəkə hesabında Azərbaycanla bağlı sərsəm fikirlər səsləndirib. Guya Fransa Ermənistanı dəstəklədiyi üçün Bakının hədəfinə çevrilib. 

”Yeni Kaledoniyada sabitliyin pozulmasının arxasında Azərbaycanın yaratdığı Bakı Təşəbbüs Qrupunun dayandığı göz qabağındadır” iddiasını irəli sürən parlamentari sərsəmləyib ki, guya rəsmi Bakı erməni “demokratiyasını” dəstəklədiyi üçün Fransadan “hayıf” alır. Hətta əsassız olaraq ölkəmizdə “diktatura” olduğunu da sərsəmləyib.  Guya Azərbaycan Fransanın ermənilərə dəstək verməsinə görə, ondan qisas alır. Bu əlbəttə ki, tamamilə absurddur və rəsmi Bakı nə Fransanın, nə də başqa ölkənin daxili işlərinə qarışmağı adətə çevirməyib, bu, Fransaya xas xüsusiyyətdir ki, uzun illərdən indiyə qədər ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir, Cənubi Qafqaza müdaxilə edib burada qarışıqlıq yaratmağa, təsir gücünü yeritməyə çalışır. Bunun isə qarışısını hər zaman Azərbaycan dövləti alır. Yeni Kaledoniyada və başqa müstəmləkələrdə baş verən narazılıqların isə günahkarı istilaçı, sömürücü Fransadır, o torpaqların və xalqların üzərindən əlini çəkmək əvəzinə azadlıq, müstəqillik arzusunda olan xalqları qanında boğur, onların iradəsini sındırmağa çalışır. 

“Müstəmləkəçiliklə mübarizədə Azərbaycan nümunə göstərir, amma Fransa etdiklərindən dərs götürmək əvəzinə, müxtəlif adamların dili ilə Azərbaycanı ləkələməyə çalışır” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransa parlamentarisinin dedikləri tamamilə cəfəngiyatdır. “Fransa hər zaman Azərbaycana qarşı qərəzli olub, düşmənçilik yolunu tutub. O, bu düşmənçiliyi yalnız İkinci Qarabağ müharibəsi dövründə göstərməyib, Vətən müharibəsinə qədər də Fransa Azərbaycana qarşı zaman-zaman ikiüzlü siyasət ortaya qoyub. Ancaq İkinci Qarabağ savaşı Fransanın əsl simasını ortaya çıxardı. Bu baxımdan, hansısa fransız deputatın Azərbaycana qarşı hədyanlar söyləməsini təbii qarşılamaq lazımdır. Çünki Fransa üçün ermənilər, Ermənistan ayrıcalıq təşkil edir. Bu mənada Ermənistanda avtortarizm, diktatura, yaxud demokratiya olmasının heç bir əhəmiyyəti yoxdur. Yəni Ermənistanda diktatura rejimi hökm sürsə də, onu “demokratiya” kimi qələmə verəcəklər. Əslində isə Ermənistan demokratiyasından danışmağa dəyməz. Ola bilsin, Paşinyan hökumətinin əvvəlki hökumətlərdən fərqli müəyyən addımları var. Amma bütövlükdə Ermənistanda demokratiyadan danışmağın heç bir anlamı yoxdur”-deyə bildirən F.Ələkbərli vurğuladı ki, Azərbaycanı pisləmək fransızların xarakterindən irəli gəlir. 

Azərbaycanın Yeni Kaledoniyada və başqa müstəmləkələrdə baş verən etirazlarda əli olmadığını deyən F.Ələkbərlinin sozlərinə görə, Bakı Təşəbbüs qrupu Fransanın daxili işlərinə qarışmaq üçün yox, müstəmləkə təpikləri altında əzilən xalqların harayını beynəlxalq ictimaiyyətə çatdırmaqdan ötrü yaradılıb. O qeyd etdi ki, beynəlxalq aləm Fransanın o ərazilərdə müstəmləkəçiliyinə son qoyması üçün çalışmalıdır, Azərbaycan neomüstəmləkəçiliyə qarşı çıxır və bir xalqın başqa bir xalqın üzərində ağlığını qəbul etmir. “Müstəmləkəçiliklə mübarizədə Azərbaycan nümunə göstərir, amma Fransa etdiklərindən dərs götürmək əvəzinə, müxtəlif adamların dili ilə Azərbaycanı ləkələməyə çalışır”.-deyə bildirən F.Ələkbərli vurğuladı ki, uzun illər Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub, amma Fransanın işğalçıya qarşı hər hansı bir addımı olmayıb, əksinə, işğalın uzadılmasına dəstək verib. Eyni zamanda Ermənistanda baş verən neqativ hallarla bağlı heç zaman Fransanın reaksiya vermədiyini deyən F.Ələkbərli qeyd etdi ki, Ermənistan parlamentində güllələnmə belə olub, sui-qəsdlər törədilib, qanlar tökülüb, qanunsuz hakimiyyət dəyişiklikləri olub, amma Fransa bir bəyanat verməyib, bunların üstündən səssiz keçib. “Əlbəttə, bu. demokratiya əlaməti deyildi.  Fransız parlamentari haqsız olaraq ölkəmizdə “diktatura” olduğunu yazıb. Bunu ona görə deyib ki, biz öz torpaqlarımızı işğaldan azad etmişik, tarixi torpaqlarımızda, ayrılmaz ərazilərimizdə öz hökmranlığımızı bərpa etmişik. Bununla da Fransanın da, Ermənistanın da çirkin oyunlarını pozmuşuq, münaqişənin bu şəkildə həlli, torpaqlarımızın azad olunması faktını Fransa heç cür həzm edə bilmir”-deyən F.Ələkbərli qeyd etdi ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, dövlətimiz öz hüququndan istifadə edib ədaləti bərpa etdi, etməkdə də davam edəcək. “Azərbaycanı qaralamaq heç bir fayda verməyəcək, hansısa fransız deputatın hədyanları gerçəyi dəyişməyəcək. Azərbaycan həmişə haqqı, ədaləti dəstəkləyib, bu yolda da davam edəcək. Bir də ki, düşmənçiyi Azərbaycan yox, Fransa aparıb həmişə, ermənilərə görə öz paralmentində bizə qarşı bədnam qətnamələr qəbul etdirib, separatçıların təəssübünü çəkib”-deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031