KÖHNƏ VERSİYA            

Qəhrəmanlar unudulmur - FOTO

Image

Ağdamın Qalayçılar kəndində igid döyüşçü Bünyad Quliyevin xatirə lövhəsi ucaldılıb

Otuz illik ayrılıqdan sonra tarixi torpaqlarımıza – minalardan təmizlənən, böyük sürətlə bərpa-quruculuq işləri gedən Qarabağa və Şərqi Zəngəzura üz tutan hər kəsin ilk səfəri müqəddəs yurd yerlərini ziyarət xarakterli olur. Diqqət etmisinizsə, insanlar birinci fürsətdə düşmənin viran qoyduğu doğma kənd-kəsəyə qısa müddətə - lap bir saatlıq da olsa baş çəkir, doğulub böyüdükləri ev-eşiyin dağılmış daşını, kərpicini öpür, həyətdəki tut ağacının yanıb qovrulmuş kötüyünü bağırlarına basırlar. 

Xatirinizdədirsə, hətta işğal dövründə və qələbə qazanılan ilk günlərdə də gizli, icazəsiz şəkildə buna cəhd göstərənlər vardı. Belə dar macalda görülən təxirəsalınmaz işlərdən biri də vaxtilə həmin ərazilərin müdafiəsində canını, sağlamlığını qurban vermiş şəhidlərin qəbirlərini axtarıb tapmaq, qəhrəman qazilərin xatirəsini əbədiləşdirməkdir. Bir neçə gün öncə Ağdamın Qalayçılar kəndinin sakinləri də təqdirəlayiq addımlar atmış, yaşayış məntəqəsinin girəcəyində silahdaşlarının şəkli və ad-soyadı həkk edilmiş lövhələr ucaltmışlar. Göründüyü kimi, el-oba qəhrəmanlarını unutmur, imkan yarandıqca onların əziz xatirələrinə ehtiram nümayiş etdirməyi özünə borc bilir. Həmin plakatlarn birində Vətən müharibəsi qazisi, igid döyüşçü mərhum Bünyad Quliyevin əksi diqqət çəkir. Həmişəki kimi qorxmaz, qələbəyə inamlı, məğrur, düşmənin bir gün “dəmir yumruq”la əziləcəyinə əmin şəkildə...  

O, Qarabağ acılarını – daşnakların namərd xislətini, xaincəsinə kürəyimizə bıçaq saplayacaqlarını, bir ulusun soyqırımı, öz vətənində məcburi köçkünə çevriləcəyi faciələrinin ağrılarını nəinki münaqişənin başlanğıcında, hələ buna qədər gizli hazırlıqlardan dadmışdı. Vaxtilə Mardakert adlandırılan Ağdərədə 6-7 erməninin bir azərbaycanlını vəhşicəsinə döydüklərini görəndə, dığaları şil-küt edib yaralı soydaşını öz maşını ilə aradan çıxarmışdı. Gəncliyi şahə qalxan at belində keçən, qolu qüvvətli bu igidi Kolanı elində hamı cəsarətli, millətin, vətənin təəssübünü çəkən şəxs kimi tanıyır, hörmətini saxlayırdılar. Yaxşı futbolçu idi, komanda da yaratmışdı. Xankəndidə separatçıların meydanlara toplaşıb ərazi iddiaları irəli sürməsini eşidəndə, erməni quldurlarının sərhədboyu qəfil basqınlarını görəndə daha futbol oynamaq zamanı olmadığını, bu məkrli oyunlara qarşı çıxmağın zəruriliyini anladı. O zaman nizami ordu formalaşmadığından, yurd-yuvanı, elin namusunu qoruyacaq vətənpərvərləri təşkilatlandırdı. Əvvəlcə qardaşı Nüsrət Quliyevlə birlikdə futbol komandasındakı 28 cavanı başına toplayıb özünümüdafiə dəstəsi yaratdı. Əlinə silah alıb idmançı dostları ilə eyni sırada - doğma kəndin və əhalinin keşiyində dayandılar. Qalayçılar döyüş meydanına çevriləndə düşmən üzərinə yeriyən könüllülərin önündə getdi. 1989-1991-ci illərdə kənd özünümüdafiə dəstəsinin komandiri, sonra isə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin Ağdam özünümüdafiə batalyonunun ən fəal döyüşçüsü oldu. Kiçik qardaşı Fikrət də onlara qoşulub Quliyevlər səddini daha da möhkəmləndirdi.  

Əslində, qardaşların müqavimət əzmi qanla, genlərlə ötürülmüş, ailə mühitindən, valideyn tərbiyəsindən bəhrələnmişdi. Rəhmətlik Qüdrət ata qoçaq, zəhmətkeş, mərd kişilərdən; Suqura ana təqvalı, xanım-xatın, amma həm də silahla rəftarı bacaran, Həcər qeyrətli qadınlardan idi. Ailədə 8 övlad - 4 qardaş, 4 bacı böyüyüb boya-başa çatmışdı. Bünyadın da 3 oğlu var, üçü də hərbi xidmət keçib, ləyaqətli, nəslin, şəcərənin uca adını qoruyub saxlayan gənclərdir. 

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov: "Bünyad Quliyev igid oğlanlardan biriydi. Təcrübəli hərbçi Şirin Mirzəyevin yaxın silahdaşlarından olub, komandirlə birgə Ağdam birinci könüllü özünümüdafiə taborunun yaradılmasında böyük fədakarlıqlar göstərib. Biz onunla qürur duyuruq. Əgər həmin müqavimət cəbhəsi təşkil edilməsəydi, bölgədə daha dəhşətli faciələr baş verəcəkdi. Mirzəyevçilərin hamısı, Kolanı camaatı bu igid qardaşları yaxşı tanıyır, ehtiramla xatırlayırlar. Vətəni qoruyan oğullara sayğı göstərmək, Bünyad kimi igidləri unutmamaq hər birimizin vicdan borcumuzdur." 

1992-ci ilin 31 yanvar Fərrux, 4 mart Qazançı, 21 iyul Canyataq-Gülyataq döyüşlərində Quliyev qardaşlarının necə qorxmazcasına savaşdıqlarının çoxsaylı şahidləri var. Birinci Qarabağ müharibəsi qaziləri Elman Bayramov, Pənah Məmmədov, Xanlar İsmayılov və başqaları Bünyad, Nüsrət və Fikrətin hər zaman hücumun önündə olduqları, Vətən uğrunda sinələrinı qabağa verdikləri barədə konkret faktlarla danışırlar.

Pənah Məmmədov: “Kolanı obası mərd insanlar diyarıdır. Komandirimiz Bünyad Quliyevi də hər zaman qəhrəman məqamında xatırlayırıq. O, 1989-cu ildə kəndimizdə ilk silah götürənlərdən, düşmənə qarşı mübarizəyə qalxanlardandır. Həmişə bizi öz övladı kimi qoruyar, ən ağır döyüşlərdə irəlidə gedərdi. Haçan yanımızda idi, elə bilirdik, sıralarımız sıxdır, 200-300 igidlə birgəyik. Canyataq istiqamətində ermənilər bizi tələyə salmışdılar. Patronumuz qurtarmışdı, mühasirədən çıxmağa heç ümid yox idi. Bünyad gizlincə ermənilərin içinə yol tapıb plemyotu ələ keçirdi, mühasirə halqası yarılana qədər düşmənə göz açmağa imkan vermədi. Hamımız təhlükədən uzaqlaşandan sonra, ən axırda özü döyüş yerini tərk etdi”. 

Xanlar İsmayılov: “Bünyad və qardaşları bəzən ölümə getdiklərini bilə-bilə, düşmənin ağır texnikasının qarşısına adi avtomatla çıxırdılar. Üç güllə yarası aldığı 2 fefral 1992-ci il tarixdə birgə döyüşürdük. Azad etdiyimiz Fərrux kəndinə gecəylə yenidən soxulan erməni birləşmələrinə rus plemyotçular da köməklik göstərir, bizi mühasirəyə alıb sağ ələ keçirməyə çalışırdılar... Bünyad ayağından vurulduğuna görə yeriə bilmirdi. Əlindəki qumbaranı açıb gözləyirdi ki, özü ilə bərabər, yaxınlaşan düşməni də məhv etsin. Vəziyyət çox gərgin idi, qeyri-bərabər döyüşdə dostu Zahid şəhid olmuş, qardaşları Nüsrət və Fikrət ağır yaralanmışdılar. Köməyə gəldiyimi görüb çox yalvardı ki, vaxt varkən uzaqlaşım və sağ ələ keçmədiyi xəbərini çatdırım. Onu qoyub gedə bilməyəcəyimi qəti şəkildə bildirdim və pulemyotla düşmənin başını qaldırmasına imkan vermədim, o isə qanı axa-axa, arxası üstə sürünərək mühasirədən çıxa bildi. Bünyad aslanlar kimi cəsur ürəkliydi, elə oğullar dünyaya tək-tək gəlir". 

O, təkcə döyüş meydanında yox, başqa vaxtlarda da əsl insanlıq, cəsurluq, fədakarlıq nümayiş etdirib, dara düşənlərə kömək əli uzadıb. Göldə batan iki nəfərin - Tərtər rayonun Əksipara və Səhləvad kəndlərindən olan Azər və Ədalətin həyatını qurtarıb, özlərinin söylədikləri kimi, onlara ikinci ömür bəxş edib. 

İqtisadiyyat Nazirliyinin əməkdaşı Ziyafət İsmayılov: “Bünyadın gözütoxluğu, uca mənəviyyatı və ədaləti barədə şahidi olduğum bir faktı söyləmək istəyirəm. 1992-ci il iyun ayının 28-də erməni-rus silahlı birləşmələri Ağdamın Qalayçılar və Papravənd kəndlərini, Boyəhmədli istiqamətindəki yüksəkliyi ələ keçirmək planı ilə genişmiqyaslı hücuma keçmişdilər. Həmin döyüş bəlkə də Birinci Qarabağ savaşında əsgərlərimizin ən uğurlu döyüşlərindən biri idi. Qarşı tərəf böyük itki verdi, texnikaları sıradan çıxarıldı. Qalayçılar kəndinın qəhrəman oğulları kəndə soxulub tankımızı ələ keçirmək istəyən ermənistanlı polkovniki düz gözündən vurmuşdular. Ermənilər daha çox həmin zabitin meyidini almağa çalışır və külli miqdarda pul təklif edirdilər. Bünyad cəsədləri öz həyətində basdırdı ki, pula şirnikən olmasın. Üç gündən sonra erməni gorbagorları iki sağ Şuşa sakininə və bir Milli Ordumuzun əsgərinin nəşinə dəyişdilər. Dəyişilmə prosesi isə çox gərgin, həyati risk şəraitində keçdi...”    

B.Quliyev bu dünyada cəmi 54 il yaşadı - 1958-ci il dekabrın 15-dən 2012-ci il sentyabrın 28-dək... İşğaldakı yurd-yuvanın fəryadına və həsrətə ürəyi dözmədi, infarktdan dünyasını dəyişdi. Niyə 54 il, bəs bu müddət ərzində yaddaşların, ürəklərin Bünyad ünvanlı dua və minnətdarlıqları, 34 il sonra doğma kəndində yaradılan xatirə kompleksi həmin ömrün davamı və əbədiyyətə calanacaq körpüsü deyilmi?

Bacısı Zəkurə Qüdrət qızı qardaşının qəhrəmanlıqlarını unutmadıqlarına və Qalayçılar kəndində ucaldılan xatirə lövhəsinə görə keçmiş silahdaşlara, bütün Kolanı camaatına, eləcə də Ağdam rayonunun rəhbərliyinə Quliyevlər ailəsi adından təşəkkürünü bildirir!

Qurban CƏBRAYIL
“Mədəniyyət” jurnalının redaktoru








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlayır? - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031