"Bu tələb təhqiredicidir" - Co Baydendən ETİRAZ BƏYANATI
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, həmçinin HAMAS liderləri Yahya Sinvar və digərlərinin həbsinə order verilməsini tələb edib. Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun İsrail liderlərinə qarşı həbs orderi tələb etməsi ABŞ Prezidenti Co Baydeni qəzəbləndirib. Ağ Ev sahibi hesab edir ki, prokurorun bu tələbi təhqiredicidir:
“Bir məsələyə aydınlıq gətirim - prokurorun nəyi nəzərdə tutmasından asılı olmayaraq İsraillə Həmas arasında heç bir ekvivalentlik yoxdur. Biz İsrailin təhlükəsizliyinə qarşı istənilən təhdiddə həmişə onun yanında olacağıq”,- ABŞ Prezidenti bildirib.
Mətləb Salahov